Bu möhtəşəm qələbəni bütün Azərbaycan gözləyirdi

Başqa cür ola da bilməzdi, cənab İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçiləcəyinə heç kim şübhə etmirdi. Əksinə, hamı, o cümlədən çoxminli idmançılar ordusu tam əminliklə gözləyirdi ki, seçicilərin böyük əksəriyyəti məhz möhtərəm dövlət başçımıza səs verəcək.

Ölkə əhalisinin yüksək fəallığı şəraitində, mütəşəkkil, şəffaf şəkildə keçirilən, insanların yüksək əhval-ruhiyyə ilə iştirak etdikləri 11 aprel prezident seçkiləri bir daha təsdiq etdi ki, Prezident İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi on beş il ərzində xalqın böyük hörmət və rəğbətini qazanmışdır və əhalinin ona etimadı çox yüksəkdir.

Biz idmançılar–istər məşhur çempionlar və görkəmli mütəxəssislər, istərsə də veteranlar və sıravi bədən tərbiyəçiləri dövlətimizin, şəxsən möhtərəm Prezidentimiz, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevin qayğı və diqqətini həmişə hiss etmişik. Azərbaycanda sayı artıq 45-ə yaxınlaşan Olimpiya idman kompleksləri, idmançılara məşq və yarışlarda iştirak üçün yaradılan əla şərait, dünya və Avropa çempionatlarında, Olimpiya Oyunlarında qazanılmış qələbə və medallar aydın şəkildə təsdiq edir ki, cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Respublikasında idman dövlətimizin gündəlik qayğısı ilə əhatə olunmuşdur.

Bu günlər Bakıda keçirilən batut və tamblinq üzrə Avropa çempionatının iştirakçıları–bir çox ölkəni təmsil edən gimnastlar asudə vaxtlarında paytaxtımızla böyük məmnuniyyətlə tanış olur və Bakının gözəlliyindən əsl zövq alırlar. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətli inkişaf və tərəqqi yolundadır. Cənab Prezident xalqımızı, əlbəttə ki, həm də idmançılarımızı hələ çox uğurlara, çox qələbə və medallara aparacaq.

Elşad NƏRİMANOV,
Əməkdar bədən tərbiyəsi və idman xadimi,
beynəlxalq dərəcəli hakim, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında