Yasin Lamur: Seçkilərdə qeydə aldığımız bəzi yenilikləri Fransada da tətbiq etmək niyyətindəyik

“Biz təxminən 15 seçki məntəqəsində səsvermə prosesini izlədik. Təşkilatçılıq yüksək səviyyədə idi. Qaydalara tam riayət olunurdu.

Seçki məntəqələrinin sədrləri və üzvləri seçki prosesi barədə təlimatlandırılmışdılar. Seçicilərin fəallığını da müşahidə etdik. Bəzi yeniliklərin şahidi olduq ki, onları gələcəkdə Fransada tətbiq etmək niyyətindəyik. Məsələn, məntəqələrdə veb-kameraların quraşdırılması vətəndaşlara evlərindən seçkiləri izləməyə imkan verir. Qeydiyyatla bağlı məsələyə gəldikdə, uzaqda yaşayanlar olduqları yerdən arayış təqdim etməklə yaxın məntəqələrdə səs verə bilirdilər. Fransada isə bu, mümkün deyil. Amma dünən gördük ki, burada yaradılan şərait nəticəsində xüsusən də tələbələr bu çətinliklə üzləşmədilər”.

Bu fikirləri prezident seçkilərini müşahidə edən Fransa parlamentinin üzvü Yasin Lamur aprelin 12-də keçirdiyi mətbuat konfransında söyləyib.

Yasin Lamur deyib: “Dünən bir jurnalist mənə sual verdi ki, niyə Fransadan gələnlər burada bir söz, Fransaya qayıdanda isə başqa söz deyirlər. Mən cavab verdim ki, bu, hansısa jurnalistin mövqeyidir. Fransa xalqı Azərbaycanın dostudur. Mən burada söylədiklərimi Fransada da təkrarlayacağam”.

AZƏRTAC

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında