Mixail Mirçev: Azərbaycanda azad, ədalətli və demokratik seçkilər üçün bütün şərtlər uğurla yerinə yetirilib

“Bolqarıstanın Azad və Demokratik Seçkilər uğrunda Vətəndaş Təşəbbüsü (GISDI) qeyri-hökumət təşkilatının seçkiləri müşahidə missiyası Avropanın 21 ölkəsini təmsil edən 90 nəfərdən ibarətdir. Missiyanın üzvləri Azərbaycanda 11 aprel prezident seçkilərini müşahidə edən zaman seçicilərə hər hansı təzyiqlə və digər neqativ hallarla rastlaşmayıblar. Səsvermə günü müşahidəçilər heç bir məhdudiyyət olmadan seçki məntəqələrinə daxil olub prosesi izləyiblər”.

Bu fikirləri aprelin 12-də Bakıda keçirdiyi mətbuat konfransında GISDI-nin prezident seçkilərini müşahidə missiyasının rəhbəri Mixail Mirçev deyib.

O qeyd edib ki, səsvermə şəffaf keçdi. Müşahidə apardıqları 450 məntəqədə heç bir qanun pozuntusuna rast gəlməyib, hər hansı namizədin xeyrinə təbliğat faktı qeydə almayıblar. Çoxlu sayda yerli və xarici müşahidəçinin seçkiləri izləməsi, veb-kameralar vasitəsilə onlayn müşahidə, aparılan “exit-poll” səsvermənin tam şəffaf keçməsinə zəmin yaradıb. Bir sözlə, Azərbaycanda azad, ədalətli və demokratik seçkilər üçün bütün şərtlər müvəffəqiyyətlə yerinə yetirilib.

AZƏRTAC

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında