Devid Morris: Seçkidə qanun pozuntusu qeydə alınmadı

“Biz yeddi seçki məntəqəsində olduq. Heç bir qanun pozuntusuna rast gəlmədik. Seçki prosesi yaxşı təşkil olunmuşdu”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanda prezident seçkilərini müşahidə edən Böyük Britaniya İcmalar Palatasının üzvü Devid Morris aprelin 12-də keçirdiyi mətbuat konfransında söyləyib.

O bildirib ki, seçkilərin qanunauyğun şəkildə təşkil edilməsi üçün istifadə olunan metodlar bütün seçki məntəqələrində eyni idi. Əminliklə deyə bilərik ki, Azərbaycanda açıq və şəffaf seçkilər keçirildi. Yerli müşahidəçilər və media ilə də görüşdük. Hər hansı qanun pozuntusunun baş verdiyi qeydə alınmadı.

Seçkilərin şəffaf və ədalətli keçdiyini vurğulayan Lordlar Palatasının üzvü Devid Evans da seçki məntəqələrində müşahidə apardıqlarını, səsvermənin keçirilməsi üçün yaxşı şəraitin yaradıldığını qeyd edib.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında