Müşahidəçi Eli Naxt: İnsanlar öz vətəndaşlıq məsuliyyətini hiss edirlər

– Azərbaycan xalqı öz  prezidentini seçir, müşahidəçi olaraq, səsvermə prosesini, seçki prosesinin gedişini necə qiymətləndirirsiniz?

– İlk dəfədir ki, Azərbaycana gəlmişəm. İsrail nümayəndə heyətinin üzvü olaraq, seçki prosesini müşahidə edirik. Səsvermə prosesi demokratik və sakit məcrada gedir. İnsanlar seçki bülletenlərini götürərək, kabinələrdə seçdikləri namizədə səs verirlər. Hər şey normaldır. Məntəqələrdə insanların fəallığı müşahidə olunur, hətta böyük növbələrə də rast gəldik. Çoxsaylı insan seli  səs verməyə çalışır və bunu görmək çox xoşdur. Onlar öz vətəndaşlıq borcunu hiss edirlər. Mən Rusiyada keçirilmiş prezident seçkilərində də beynəlxalq müşahidəçi kimi iştirak etmişəm. Orada xüsusi alqoritm vasitəsilə hesablama aparan rəqəmsal aparat tətbiq etmişdilər. Sizdə isə  səsvermə günü seçicilərin barmaqlarının gözə görünməyən mürəkkəblə işarələnməsi mənim üçün yenilik idi. Müxtəlif ölkələrdə keçirilən seçkiləri müşahidə etdikcə,  yeniliklər görürük.

– İsraillə Azərbaycan arasında münasibətləri necə qiymətləndirirsiniz?

– İsrail və Azərbaycan arasında münasibətlər strateji əhəmiyyət daşıyır ki, bu münasibətləri diqqətlə qorumaq lazımdır.  Strateji nöqteyi-nəzərdən dünyəvi müsəlman ölkəsi kimi  Azərbaycan və  İsrailin əməkdaşlığını mühüm nailiyyət hesab edirəm. Biz bütün dünyaya göstərə bilərik  ki, yəhudi dövləti və müsəlman ölkəsi arasında  dostluq münasibətləri qarşılıqlı olaraq, faydalı və xoşdur. İsrail və Azərbaycan arasında sabit dostluq və  qarşılıqlı faydalı münasibətlər mövcuddur. Deyə bilərəm ki, müəyyən cəhətlər bu iki ölkəni bir-birinə bağlayır. Azərbaycanda bir çox yəhudi icması fəaliyyət göstərir. İnanıram ki, seçkilərdən sonra da bu dostluq əlaqələri davam edəcək.

Əfsanə BAYRAMQIZI, 
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında