Ukrayna Ali Radasının deputatı Maksim Kuryaçi: Seçkilərə hazırlıq yüksək səviyyədə həyata keçirilib

Azərbaycanda mövcud seçki qanunvericiliyinə müvafiq olaraq, seçkilərin demokratik keçirilməsi üçün hər bir şərait yaradılıb. Biz Azərbaycan prezidenti seçkiləri prosesini diqqətlə izləyirik.

Seçkilər ərəfəsində biz xeyli insanla görüşüb söhbət etmişik. Bu faktı təsdiq etmək xoşdur ki, qanunun tələblərinə riayət edilməsinin şahidi olduq. Bu gün burada qarşımıza əsas yeganə məqsəd qoyduq: Azərbaycan dövləti tərəfindən vətəndaşların ölkənin siyasi həyatında iştirak etməklə bağlı konstitusion hüquqlarını reallaşdırmağa nə dərəcədə təminat verildiyini müəyyən etmək. Səhər tezdən bizim gördüklərimiz bir daha sübut edir ki, seçkilərə hazırlıq yüksək səviyyədə həyata keçirilib. Hesab edirəm ki, seçki məntəqələri bağlananadək proses bu səviyyədə də davam edəcək. Düşünürəm ki, Azərbaycan vətəndaşları düzgün seçim edəcəklər.

Bu barədə AZƏRTAC-a müsahibəsində 17 saylı Yasamal 3-cü seçki dairəsinin 26 saylı seçki məntəqəsində səsvermənin gedişini izləyən Ukrayna Ali Radasının VIII çağırışının xalq deputatı Maksim Kuryaçi bildirib.

O qeyd edib ki, Azərbaycan-Ukrayna münasibətlərinin inkişafında siyasi və iqtisadi sahələri də əhatə edən müsbət dinamika müşahidə olunur. Ukraynalı deputat sonda deyib: “Ukrayna strateji müttəfiqi olan Azərbaycanın ictimai-siyasi sabitliyində və iqtisadi gücünün artmasında maraqlıdır”.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında