Daniel HERŞKOVİTZ: Prezident seçkilərində şəffaflıq, seçicilərin hüquqları və məxfilik tam təmin olunub

Mən Azərbaycanda keçirilən prezident seçkilərində səsvermənin gedişi prosesindən çox məmnunam. Prezident seçkilərində şəffaflıq, seçicilərin hüquqları və məxfilik tam təmin olunub.

Bu sözləri aprelin 11-də AZƏRTAC-a müsahibəsində İsrailin keçmiş elm və texnologiya naziri Daniel Herşkovitz deyib.

Seçkilərin yüksək səviyyədə təşkil olunduğunu söyləyən israilli ekspert izlədiyi səsvermə prosesindən məmnun qaldığını qeyd edib.      

Bakıya ikinci dəfə səfər etdiyini bildirən Daniel Herşkovitz ötən səfərindən keçən müddətdə Azərbaycanda gedən sürətli dəyişiklərdən heyran qaldığını vurğulayaraq bildirib: “İsrail ­Prezidenti Şimon Peresin Azərbaycana səfəri zamanı nümayəndə heyətinin tərkibində mən də iştirak etmişəm. Azərbaycan sürətlə inkişaf edən gənc müstəqil ölkədir. Müstəqillik yaşınızın cəmi 26 il olduğunu nəzərə alsaq, nailiyyətləriniz çox böyükdür. İsrail ilə Azərbaycan arasındakı əlaqələr çox yaxşıdır. Ölkənizin güclü potensialı var".

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında