Moldovalı deputat: Azərbaycanda seçicilərin sərbəst səs verməsi üçün normal şərait yaradılıb

Azərbaycanda prezident seçkilərində heç bir qanun pozuntusu müşahidə etməmişik.

Bunu Trend-ə Moldova parlamentinin Beynəlxalq münasibətlər komitəsinin sədri Violeta İvanov deyib.

O, artıq bir neçə seçki məntəqəsində olduqlarını bildirib: "Baş çəkdiyimiz bütün seçki məntəqələrində yüksək səviyyəli təşkilatçılığı qeyd etmək istərdim. Biz hər hansı pozuntu ilə rastlaşmamışıq. Hər şey çox sakit keçir. Burada həm yaşlı insanlar, həm də gənclər üçün şərait yaradılıb".

Deputat yüksək seçici fəallığına da toxunub: "Səhər saat 10-a bir çox seçki məntəqələrində seçici iştirakının 20 faizi ötməsi ondan xəbər verir ki, xalq həqiqətən də səs verərək öz gələcəyini müəyyənləşdirmək istəyir".

V.İvanovun sözlərinə görə, bu, gənclərin dövlətin inkişafı məsələsinə maraq göstərdiyini və Azərbaycanın inkişafının gələcəkdə də yüksək səviyyədə davam etməsi üçün mümkün olan hər şeyi etdiyini göstərir.

Deputat qeyd edib ki, seçki məntəqələrində bütün işlər sakit və nizam-intizamla aparılır:

"Demək olar ki, insanlarda bayram əhval-ruhiyyəsi var. Biz demokratik dəyərlərin təzahür etdiyini hiss etdik. Mən Azərbaycan xalqına çiçəklənmə, uğurlar arzulayıram".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında