GUAM müşahidə missiyasının üzvü: “Xoşagəlməz halların şahidi olmamışıq”

"Səsvermə prosesi çox sakit, normal keçir".

Bunu APA-ya açıqlamasında Azərbaycanda prezident seçkilərini müşahidə edən GUAM müşahidə missiyasının üzvü, Gürcüstan parlamentinin nümayəndəsi Gedevan Popxadze  deyib.

"11 seçki məntəqəsində olmuşuq və müşahidələrimizə əsasən deyə bilərəm ki, hər yerdə normal seçki keçirilir. Heç bir xoşagəlməz halın şahidi olmamışıq", - deyə o vurğulayıb.

GUAM müşahidə missiyasının digər üzvü, Ukrayna parlamentinin nümayəndəsi Oleq Medunitsa da Azərbaycanda prezident seçkilərinin sakit keçdiyini bildirib: "Olduğumuz seçki məntəqələrində hələlik qayda pozuntusu qeydə almamışıq. Yerli müşahidəçilərlə də danışmışıq və onlar da qayda, qanun pozuntusu ilə bağlı heç nə bildirməyiblər. Yerli müşahidəçilər səsvermə prosesinin sakit keçdiyini təsdiqlədilər".

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında