Avropalı müşahidəçi Deyvid Kembl: "Seçicilərin yoxlanış prosedurlarından çox təsirləndim"

“Səsvermə ədalətli və səmərəli keçir. Prosedurlər düzgün şəkildə yerinə yetirilir”.

Bunu Prezident seçkiləri ilə bağlı keçirilən səsvermə prosesini izləyən Avropa Parlamentinin üzvü Deyvid Kembl deyib.

D. Kemblın indiyə qədər bir neçə seçki məntəqəsində müşahidə apardığını vurğulayıb: “Seçicilərin yoxlanış prosedurlarından çox təsirləndim. Bu cür təhlükəsizliyə xidmət edən prosedurlar iki dəfə səs verməyin qarşısını alır. Birləşmiş Krallıqda keçirilən bəzi seçkilərdə seçicilər şəxsiyyət vəsiqələrini göstərmirlər. Təhlükəsizlik baxımından burada vəziyyət daha yaxşıdır. Düşünürəm ki, təhlükəsizlik məsələlərinə Azərbaycanda daha ciddi əhəmiyyət verilir. Bizim getdiyimiz sonuncu seçki məntəqəsi çox qaynar idi. Həmin məntəqədə 1300 nəfər səs vermişdi. Bu göstərici bir seçki məntəqəsi üçün kifayət qədər qənaətbəxşdir. Seçki məntəqəsində seçicilər uzun sıralar yaratmışdılar ki, bu da çox təsirlidir”.

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında