MDB PA missiyasının rəhbəri: “MSK-nın çox dəqiq və sistemli işini görürük”

MDB Parlament Assambleyasının müşahidə missiyası Rusiyanın Federasiya Şurasının sədrinin müavini İlyas Umaxanovun başçılığı ilə Azərbaycanda prezident seçkilərində səsvermə prosesini izləyir.

Səhər tezdən 29 saylı seçki dairəsinin 2 saylı seçki məntəqəsində səsvermənin başlanmasını müşahidə edən İ. Umaxanov Azərbaycan xalqını vacib siyasi hadisə,  prezident seçkiləri ilə bağlı təbrik edib.

Müşahidə missiyasının rəhbəri jurnalistlərlə təəssüratını bölüşüb: “MDB PA-dan olan beynəlxalq müşahidəçilər kimi seçki komissiyasının çox dəqiq və sistemli işini görürük. Mən prezident seçkilərini artıq 4-cü dəfədir müşahidə edirəm. Həm təşkilatçılıq, həm də əhval-ruhiyyə günü-gündən yaxşılaşır, həmçinin ölkə qanunvericiliyi, xüsusilə seçki qanunvericiliyi mükəmməlləşir. Açıq, daha demokratik, cəmiyyətin bütün təbəqələrinin ümumi maraqlarına, o cümlədən müxalifətin maraqlarına xidmət etmək istiqamətində mükəmməlləşir. İnsanlar seçkilərə yaxşı əhval-ruhiyyə ilə gəlirlər. Qafqazda qəbul olunub ki, insanlar sözə deyil, əmələ güvənirlər. İnsanlar səsverməyə xoş əhval-ruhiyyə, gələcəyə inamla, ölkələrini stabil, çiçəklənən, sülh şəraitində görmək ümidi ilə gəlirlər. Əminik ki, Azərbaycan xalqı düzgün seçim edəcək". 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında