Polad Bülbüloğlu: "Vətəndaşlarımız səsvermədə fəal iştirak edirlər"

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, səfir Rusiyada açılan seçki məntəqələrinin iş prosesi ilə bağlı məlumat verib.

 Polad Bülbüloğlu qeyd edib ki, seçki günü hər bir xalqın, hər bir dövlətin taleyində vacib bir gündür: “Millət öz rəhbərini seçir. Mən tam qəlbimlə inanıram ki, müdrik Azərbaycan xalqı düzgün seçim edəcək, buna şübhə yoxdur. Hamı son illər Azərbaycanın böyük uğurlarına şahiddir, Azərbaycanın gündən günə necə inkişaf etdiyini görür. Təbii ki, biz burada, Azərbaycanın Rusiyadakı səfirliyində hazırlıq işləri görmüşük. Bu gün 1500-ə yaxın Azərbaycan vətəndaşının səs verəcəyini gözləyirik. Məntəqə yerli vaxtla saat 08.00-da açılıb. Səsvermə gedir. Bizim Rusiyada üç məntəqəmiz fəaliyyət göstərir. Bunlar Moskva ilə yanaşı Sankt-Peterburq və Yekaterinburqdakı baş konsulluqlarımızda açılan seçki məntəqələridir. İlkin aldığımız məlumatlara görə, orada da Azərbaycan vətəndaşları səsvermə prosesində fəal iştirak edirlər. Hamı müsbət əhval-ruhiyyədədir. Fürsətdən istifadə edib, Azərbaycan xalqına yeni uğurlar arzulayıram". 

Diplomat ilk dəfə səsvermə hüququndan istifadə edən iki Azərbaycan vətəndaşına Azərbaycanın Rusiyadakı səfirliyinin şəhadətnaməsini təqdim edib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında