Beynəlxalq müşahidəçilər səsvermə prosesinin təşkilini yüksək qiymətləndirirlər

“Səsvermənin gedişi ilə bağlı təəssüratlarımız olduqca müsbətdir”.

Bunu APA-ya Fransa Senatının üzvü Mişel Alme deyib. O bildirib ki, qanun pozuntuları qeydə almayıblar: "Bu, hələlik müşahidə apardığımız ilk məntəqədir. Məntəqəyə daxil olduğumuz zaman məntəqə sədri bizi seçkilərin gedişatı ilə tam məlumatlandırdı. Səsvermə bitdikdən sonra seçkilərlə bağlı yekun fikrimizi bildirəcəyik".

Böyük Britaniya parlamentinin üzvü Lord David Çarlz seçki prosesinin yüksək səviyyədə təşkil olunduğunu deyib: " Böyük Britaniya parlamentini təmsil edirik. İki ölkə arasında çox gözəl münasibətlər var. Seçki prosesi yüksək səviyyədə təşkil olunub, insanların fəallığı normaldır".  

Bolqarıstan parlamentinin üzvü Hamid Hamid Azərbaycanda seçki sisteminin inkişaf etdiyini vurğulayıb: “Müşahidələrimiz göstərir ki, seçkilər normal şəkildə gedir və heç bir çətinlik yoxdur. İnsanlar da olduqca sakit və təhlükəsiz şəkildə səsvermədə iştirak edirlər. Bundan öncə də Azərbaycanda parlament seçkilərini və referendumu müşahidə etmişəm. Ölkədə seçki sistemi  gündən-günə inkişaf edir".

Slovakiya parlamentinin üzvü Marsek Peter müşahidə apardıqları dövrdə qanun pozuntularına rast gəlmədiklərini bildirib: “Hazırda seçki prosesini izləyirik. Qeyri-qanuni hallar aşkar etməmişik. Dünən bir neçə seçici ilə söhbət apardıq. Nəticə etibarı ilə deyə bilərik ki,  ölkədə seçkilərə maraq yüksəkdir".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında