Dünya Azərbaycanla hesablaşır

Aprelin 5-6-da Bakıda keçirilmiş Qoşulmama Hərəkatının “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda nazirlər konfransında müzakirə olunan bəşəri problemlərlə bağlı Milli Məclisin deputatı Rüfət Quliyev söhbətində bunları dedi:

“Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı xarici işlər nazirlərinin konfransının Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə güclü nüfuza malik olmasının, dünya ölkələrinin Azərbaycana olan yüksək etimadının nəticəsidir. Konfransda Qoşulmama Hərəkatının yarım əsrdən çoxdur ki, bəşəri dəyərlərin təbliği ilə məşğul olduğu qeyd edildi və dünyanın ən böyük təşkilatlarından biri kimi dünyada sülhün, təhlükəsizliyin və sabitliyin təmin olunmasında mühüm rolu xüsusilə vurğulandı.

Konfransda Ermənistanın təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olması, münaqişənin həlli yollarından söhbət getdi və Azərbaycanın haqlı mövqeyi müdafiə edildi.

Yarım əsrdən çox məqsədyönlü fəaliyyət göstərən bu nüfuzlu təşkilatın ölkəmizə verdiyi belə önəm bir daha göstərir ki, müasir Azərbaycan dünya birliyində layiqli yer tutur, dünya onunla hesablaşır və bu etimad günü-gündən artır.

Ülviyyə VAHİDQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında