İsmayıl Safi: İnanıram ki, seçkilər demokratiyanın təntənəsinin daha bir sübutu olacaq

“Aprelin 11-də keçiriləcək prezident seçkiləri Azərbaycan xalqı üçün olduqca önəmlidir. İnanıram ki, prezident seçkilərində Azərbaycan xalqının uğurlu gələcəyini təmin edəcək namizəd qalib olacaq”. Bu fikirləri sechki-2018.az saytına açıqlamasında Ədalət və İnkişaf Partiyasının (AKP) təmsilçisi, Türkiyə Böyük Millət Məclisinin keçmiş deputatı, İstanbul İstinye Universitetinin siyasət və ictimaiyyət şöbəsinin müdiri İsmayıl Safi bildirib.

Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə əməkdaşlıq əlaqələrinin olduğunu bildirən keçmiş deputat qeyd edib ki, bu əməkdaşlıq xalqlarımızın inkişafına, ölkələrimizin çiçəklənməsinə xidmət edir.

Azərbaycanda demokratiyanın inkişafı istiqamətində mühüm addımların atıldığını bildirən İsmayıl Safi deyib bundan əvvəl də bir neçə dəfə Azərbaycanda olduğunu və seçki prosesini müşahidə etdiyini qeyd edib: “Azərbaycanda müşahidə etdiyim seçkilərdə hər zaman şəffaflığın şahidi olmuşam. İnanıram ki, Azərbaycanda seçkilər bütün Türk dünyasına nümunə olacaq səviyyədə keçiriləcək, seçici fəallığı müşahidə olunacaq”.

İ.Safi Azərbaycanın regionda qlobal layihələrin təşəbbüskarı olduğunu qeyd edib. “Bu layihələrin reallaşması Azərbaycan dövlətinin gücünü nümayiş etdirir. Bu layihələr Azərbaycan insanının inkişafına xidmət edir. Bu gün Azərbaycanda azad media mövcuddur, internet resursları tam azaddır. Yəni demokratik mühitin olması üçün lazım olan çox şeyi Azərbaycanda görmək mümkündür. İnanıram ki, aprelin 11-də Azərbaycan xalqı işıqlı gələcəyə, siyasi sabitliyə səs verəcək”.

Təqdim etdi:
Anar TURAN,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında