Şəhid ailələri yağlı vədlərə yox, əməli işlərə inanırlar

Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanlar daim hörmət və ehtiramla yad olunur, onların adları əbədiləşdirilir, təhsil aldıqları və ya doğulub boya-başa çatdıqları ərazilərdə heykəlləri, büstləri qoyulur. Bu gün şəhid məzarları hər birimizin müqəddəs ziyarətgahına çevrilib. Eləcə də, ərazi bütövlüyümüz uğrunda sağlamlıqlarını itirərək əlil olanlara yaradılan şərait, onların mənzillə, avtomobillə pulsuz təmin olunmaları, yaşayış şəraitinin getdikcə yaxşılaşdırılması istiqamətində müxtəlif tədbirlərin həyata keçirilməsi biz valideynlər üçün böyük təsəllidir.

Mən də şəhid anasıyam. Oğlum Faiq Rzayev 1994-cü ildə Horadiz əməliyyatı zamanı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Onu da deyim ki, oğlum və digər beş nəfər şəhid olsa da, əsgərlərimiz kəndi erməni işğalçılarından azad ediblər. Oğlumun ölümündən 21 il sonra – 2015- ci il martın 8-də dövlət başçısının sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olunması həm də bir ana kimi Beynəlxalq Qadınlar Bayra­mı Günündə mənə verilən ən qiymətli hədiyyə oldu. Faiq Rzayevin təhsil aldığı 150 nömrəli tam orta məktəbə onun adının verilməsi, bu məktəbin qarşısında büstünün qoyulma­sı, məktəbin içərisində geniş foto-stendin düzəldilməsi bir ana kimi mənə təsəllidir. Hər il məktəbin direktoru Sevda Əliyevanın təşəbbüsü ilə oğ­lumun doğum və şəhid olduğu günün xatırlanması, anım mərasimlərinin keçirilməsi, şagirdlərin II Fəxri xiyaba­na – şəhidin məzarını ziyarətə aparılması həm də yetişən gənc nəsildə hərbi vətənpərvərlik ru­hunun yüksəldilməsində mühüm rol oynayır. Bütün bunlara görə dövlət başçısına, Azərbaycanın Birinci-vitse prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığımı bildirirəm. Bu minnətdarlığı edənlər arasında təkcə mən yox, bütün şəhid ailələri, Qarabağ müharibəsi ve­teranları, onların ailələri də var. Çünki biz həmişə dövlətimizdən qayğı görmüşük, bu gün də bunu hiss edirik. Hər il şəhid ailələrinin, müharibə veteranla­rının sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçiri­lir. Bütün bunlar bizdə əminlik yaradır ki, şəhidlərimizin qanı yerdə qalmayacaq.

2016-cı il aprelin əvvəlində ordumuzun ermənilərə divan tutması, Lələtəpə yüksəkliyinin Silahlı Qüvvələrimizin nəzarətinə keçməsi, işğal altında olan minlərlə hektar ərazimizin azad edilməsi, Cocuq Mərcanlıda yaşayışın təmin olunması bu inamı daha da gücləndirib. Yeri gəlmişkən bildirim ki, 23 ildən sonra mən də Cocuq Mərcanlıya getdim və oğlumun şəhid olduğu yeri ziyarət etdim. Axırıncı dəfə 1994-cü ildə həmin kənddə ol­muşdum. Oğlum Faiq axşamdan səhərə qədər düşmənlə vuruşub şəhid olduğu gün.

Oğlumun, ümumiyyətlə, şəhidlərimizin adının əbədiləşdirilməsi, biz valideynlərə hörmət və ehti­ram göstərilməsi dövlətimizin Vətən uğrunda canlarını qurban verənlərə göstərdiyi yüksək qayğının nəticəsidir. Bütün bunların əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün yüksək səviyyədə davam etdirilir.

Mən şəhid ailələri, Qarabağ əlilləri, Faiqin əsgər yoldaşları ilə tez-tez görüşürəm. Aprelin 11-də keçiriləcək prezident seçkilərində biz öz seçimimizi etmişik. Şəhid ailələri yağlı vədlərə yox, əməli işlərə ina­nırlar.

Rüxsarə MƏMMƏDOVA,
şəhid anası

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında