VI Qlobal Bakı Forumu mühüm müzakirələr aparılan platforma kimi xatırlanacaq

Artıq ildən-ilə əhəmiyyətini daha da artıran Qlobal Bakı Forumu beynəlxalq aləmdə vacib çağırışlarla bağlı müzakirələrin aparıldığı mühüm platformaya çevrilib. Forum hazırki və keçmiş prezidentlərin, hökumət başçılarının, dünyanın tanınmış siyasətçilərinin və siyasi ekspertlərinin bir araya gəlmələri və mühüm əhəmiyyət daşıyan aktual məsələlərin müzakirəsi üçün əlverişli imkanlar yaradıb. İndiyədək forumda bir çox problemlərin həlli yolları ətraflı müzakirə olunub, yeni ideyalar, təkliflər səslənib. Beynəlxalq ictimaiyyət sülh, tolerantlıq tərəfdarıdır. Bu baxımdan Qlobal Bakı Forumu çox vacib məkandır.

Ümumiyyətlə, siyasi əməkdaşlıq müstəvisində keçirilən forumun hər bir görüşü qarşılıqlı münasibətlərin, qlobal anlaşmaların inkişafına xidmət edir. Forum müzakirə, dialoq xarakteri daşısa da, dünyanın qlobal məsələlərinin, eləcə də regional problemlərin həllində müstəsna rol oynayır və bu da dövlətlərarası münasibətlərdə öz əksini tapır.

Azərbaycan forumun təşkilatçılarından olaraq ölkəmizlə, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq səviyyədə qəbul edilməsini qarşıya əsas məqsədlərdən biri kimi qoyub. Ona görə də bununla bağlı keçirilən müzakirələrdə Azərbaycanın dövlət və hökumət nümayəndələri iştirak edir, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı faktlar, həqiqətlər, münaqişənin həlli yollarını göstərən arqumentlər iştirakçıların diqqətinə çatdırılır. Çünki forumda iştirak edən çox nüfuzlu dövlət xadimləri, siyasətçilər, elm adamları, siyasi ekspertlərin əksəriyyəti müasir dünya siyasətinin yönləndirilməsində, bir çox regional proseslərin qiymətləndirilməsində rolu olan şəxslərdir. Bu insanlar öz nüfuzundan istifadə edərək beynəlxalq dairələrdə Azərbaycanın mənafeyini qorumaq, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq imkanları olan ictimai-siyasi xadimlərdir.

Forumda iqtisadi istismar hesabına təbii sərvətlərin bəşəriyyətin varlığına təhlükə yaradacaq qədər tükənməsi nəticəsində ortaya çıxan boşluqların aradan qaldırılması yollarının müzakirəsi də hər zaman mühüm önəm daşıyıb. VI Qlobal Bakı Forumunda da bir daha göstərilib ki, dünyanın imkanlarının və təbii resurslarının tükənməkdə olduğu bir dövrdə müasir elm bu problemin qarşısını almaqda acizdir. Bu baxımdan elmin və texnologiyanın, ölkələrin və bölgələrin ahəngdar inkişafı təmin edilməlidir. Əgər beynəlxalq ictimaiyyət bu problemi dünyanın diqqət mərkəzində saxlaya bilsə, gələcək nəsillər üçün daha sağlam və təmiz dünyanın ömrü uzana bilər.

Bir sözlə, ekoloji problemlərin qarşısını almaq üçün iqtisadiyyatları necə yenidən qurmağımız çox vacibdir. Əslində, bu, mümkündür və beynəlxalq əməkdaşlıq bu baxımdan çox əhəmiyyətlidir.

Dünyamalı VƏLİYEV,
AMEA-nın Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında