HP xüsusi tibbi kompüterlərini təqdim edib

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, Hewlett Packard şirkəti tibb müəssisələrinin spesifik tələbatları nəzərə alınaraq hazırlanan xüsusi kompüter texnikasını təqdim edib.

Bu qurğuların materialları uzun müddət ərzində antiseptik vasitələrlə gündəlik təmizlənməyə davamlıdır.

Bundan başqa, xüsusi HP Easy Clean proqram təminatı təmizləmə zamanı klaviatura, sensor ekran və sensor paneli tez bloklamağa imkan verir.

İstehsal xətti bir neçə qurğudan – HP EliteBook 840 G5 Healthcare Edition noutbuku, HP EliteOne 800 G4 23.8 Healthcare Edition monobloku və HP Healthcare Edition HC270CR monitorundan ibarətdir. Kompüterlərin hamısı autentifikasiyanı bir giriş nöqtəsi vasitəsilə dəstəkləyən RFID oxuyucu qurğuları ilə təchiz edilib.

Həmçinin noutbuk və monoblok avtorizə edilmiş tibbi heyətin tanınması üçün biometrik autentifikasiya funksiyasına malikdir. Qeyd edilən texnologiyalar pasiyentlər haqqında məlumatların mühafizəsinə imkan verir.

HP EliteBook 840 G5 Healthcare Edition noutbuku, həmçinin ekran məlumatlarını kənar baxışlardan qoruyan 4-cü nəsil HP Sure View sisteminə malikdir. Bundan əlavə, monoblokda ikitərəfli çıxarılabilən kamera quraşdırılıb. Yeni tibbi qurğuların cari ilin may-iyun aylarında Avropa ölkələri ərazisində satışa çıxarılacağı gözlənilir.

İ.Əmənullayev

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında