Xəstəliyi dərmansız da sağaltmaq mümkündür

ATU-nun Tədris Cərahiyyə Klinikasında “Sevimli Həkimlər” (Dream Doctors) treninq layihəsinin bağlanış mərasimini ATU-nun rektoru, professor Gəray Gəraybəyli açaraq, bir çox ölkələrdə xəstə uşaqların müalicəsində incəsənət terapiyasının (art- terapiya) müxtəlif növlərindən geniş istifadə olunduğunu bildirdi.

O,bu layihəyə 2002-ci ildə İsraildə start verildiyini, “Sevimli Həkimlər”in iştirakı ilə həm pasiyentin, həm də ailə üzvlərinin stresinin azaldıldığını və müalicə prosesinin asanlaşdığını bildirdi: “Hazırda 200 minə yaxın xəstə uşağın müalicəsində bu üsul kömək edir. Biz də dünyada istifadə olunan müasir metodları Azərbaycana gətirmək fikrindəyik. Layihə Ben Gurion Universitetinin və Soroka Tibb Mərkəzinin doktoru Aleks Geftlerin təşəbbüsü, İsrailin Azərbaycandakı səfirliyi, ATU və ADMİU ilə birgə həyata keçirilib”.

Layihə çərçivəsində ADMİU-nun 30 tələbəsi təlimlərdə iştirak ediblər. Təlimləri “Dream Doctors” təşkilatının üzvləri, peşəkar tibbi klounlar Penny Hanuka və Vitaly Azarin aparıblar.

ADMİU-nun rektoru Fərəh Əliyeva dedi ki, incəsənətin doğurdan da çox böyük qüvvəsi var. Xəstəliyi dərmanlarsız da sağaltmaq mümkündür.

İsrailin Azərbaycandakı səfiri cənab Dan Stav: “Azərbaycanda həyata keçirdiyimiz ilk layihə vacib sənət növü hesab edilir. Çünki qarşınızdakı xəstə insanları  sevindirirsiniz”,--dedi. Peşəkar klounlar Penny Hanuka və Vitaly Azarin çıxış edərək, iki həftə ərzində həyata keçirilən proqramla bağlı təəssüratlarını bölüşdülər.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında