“Novruz sevinci”- Qobustanda ödənişsiz tibbi müayinə

Baharın gəlişi və Novruz bayramı münasibəti ilə bu gün Azərbaycan Uşaq Fondu, “Sağlam Ailə Tibb Mərkəzi” və PROAKTİV şirkətinin birgə təşkilatçılığı ilə Qobustan şəhərində “Novruz sevinci” adlı ödənişsiz səyyar tibbi müayinə həyata keçirilib.


      Aksiyada tibbi xidmətdən keçmək istəyən 350 nəfərdən çox uşaq “Sağlam Ailə Tibb Mərkəzi”nin təqdim etdiyi terapevt, dermatoloq, pediatr, oftalmoloq, USM, EKQ və qanda şəkərin təyini müayinələrindən faydalanıblar.


      PROAKTİV şirkətinin direktoru Şahanə Sarı bildirib ki, səyyar tibbi müayinənin əsas məqsədi əhali arasında profilaktik müayinə mədəniyyətini, sağlam həyat tərzini təbliğ etmək, həmçinin dövlət siyasətinin, xüsusən Heydər Əliyev Fondunun xeyirxah missiyasının davamı olaraq az təminatlı və ehtiyacı olan vətəndaşlar üçün pulsuz müayinələrin həyata keçirilməsini təşkil etmək, əhalinin bayram sevincinə sevinc qatmaqdır. Respublika uşaq Fondunun sədri Aqil Məhərrəmov rayonda keçrilən bu xeyirxah aksiyanın Qobustan şəhərində keçrilməsində iştirak edib. 

    
      Qeyd edək ki, ölkəmizin müxtəlif bölgələrində gələcəkdə də müxtəlif sosial layihə və aksiyaların həyata keçirilməsi nəzərdə tutulub.

Səməd HÜSEYNOĞLU,

“Xalq qəzeti”nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında