Tədris Cərrahiyyə Klinikasında “Sevimli həkimlər” layihəsinə start verilib

      Bu münasibətlə keçirilən tədbiri ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Nadir Zeynalov açaraq layihənin mahiyyətindən danışıb: “Sevimli həkimlər” (Dream Doctors) layihəsinə 2002-ci ildə İsraildə start verilib. Layihənin məqsədi həm uşaqlara, həm də böyüklərə hər zaman və hər yerdə kömək etməkdir. “Sevimli həkimlər” pasiyentin və onun ailə üzvlərinin yaşadığı stressi azaltmağa və müalicə prosesini asanlaşdırmağa kömək edir. Bu layihə İsraildə münaqişələr zamanı uğurla icra edilib. “Sevimli həkimlər” sığınacaqlarda uşaqlara və onların ailələrinə stress vəziyyətinə tab gətirməyə kömək ediblər”.

     Prorektor qeyd edib ki, “Sevimli həkimlər” layihəsi çərçivəsində ATU-nun Tədris Cərrahiyyə və Tədris Terapevtik Klinikasında uşaqlarla görüş keçirilib. 

     Çıxışlardan sonra “Sevimli həkimlər”in fəaliyyətini əks etdirən film nümayiş olundu.

    Qeyd edək ki, Ben Gurion Universitetinin və Soroka Tibb Mərkəzinin doktoru Aleks Geftlerin təşəbbüsülə 5-16 mart 2018-ci il tarixlərində İsrailin Azərbaycandakı Səfirliyi, Azərbaycan Tibb Universiteti və Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti ilə birgə Azərbaycanda “Sevimli həkimlər” treninq layihəsi həyata keçirilir. Layihə çərçivəsində Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin 30 tələbəsi 5 günlük təlimlərdən keçərək Talassemiya Mərkəzi, Onkologiya Mərkəzi və Bakının digər tibb mərkəzlərində təcrübə keçəcəklər.

      Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən bildiriblər ki, ATU-nun Tədris Cərahiyyə Klinikasının konfrans zalında proqramın bağlanış və mükafatlandırma mərasimi keçiriləcək.

 

 Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında