Orqan Transplantasiyası günləri

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında (TCK) IV Bakı-Malatya Orqan Transplantasiyası günlərinə həsr olunmuş konfransı ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Surxay Hadıyev açaraq, tədbirin əhəmiyyətindən danışıb.

S.Hadıyev deyib: “Bütün ölkələrdə olduğu kimi, Azərbaycan və Türkiyədə də universitet klinikaları orqan nəqlinin tətbiqində öndə gedir. Biz çox şadıq ki, belə uğurlu əməkdaşlıqlarımız var. Professor Sezai Yılmazın rəhbərliyi altında klinikamıza gələn bütün qonaqlara təşəkkür edir, konfransın işində onlara uğurlar diləyirəm”.

ATU-nun I cərrahi xəstəliklər kafedrasının müdiri, professor Nuru Bayramov konfransın Azərbaycan və Türkiyə dostluğu çərçivəsində baş tutduğunu, belə tədbirlərin artıq ənənə halını aldığını deyib.  

Türkiyənin Malatya Universitetinin Qaraciyər Nəqli İnstitunun professoru Sezai Yılmaz ATU-nun Tədris Cərrahiyyət Klinikasında bu mövzuda konfransda iştirak etməkdən qürur duyduğunu bildirərək deyib ki, bu konfrans hamımız üçün faydalı olacaq. 

Konfransda İnönü Universiteti Qaraciyər Transplantasiyası İnstitutunun dosenti Fatih Özdemir “Qaraciyər transplantasiyası”, ATU TCK-nın assistenti Ruslan Məmmədov “Qaraciyər transplantasiyası sonrası biliar fəsadlar, cərrahi aspektləri”, professorlar Cəmaləddin Aydın “Pediatrik Qaraciyər transplantologiyası”, Ramazan Kutlu “Qaraciyər transplantasiyası sonrası biliar fəsadlar, radioloji aspektləri”, Burak İşık “HCC Qaraciyər transplantasiyası” mövzusunda məruzələrlə çıxış ediblər.

 

Zərifə BƏŞİRQIZI,
”Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında