Qəbələ sakinləri tibbi müayinə və müalicələri davam etdirirlər

Prezident cənab İlham Əliyevin tapşırığına əsasən, respublikamızın hər yerində olduğu kimi, Qəbələ rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi uğurla davam etdirilir.Bununla əlaqədar əhalinin kütləvi dispanserizasiyası üçün rayonda hər cür şərait yaradılmışdır. Müayinələr rayon mərkəzi xəstəxanasında, diaqnostika mərkəzində, eləcə də qəsəbə və kənd tibb məntəqələrində həyata keçirilir.

Bu aksiya bir daha sübut edir ki, dövlət başçısının həyata keçirdiyi siyasətin fövqündə insan amili, vətəndaşların rifahının yaxşılaşdırılması  və sağlamlığının qorunması məsələləri dayanır.       

Qəbələdə tibbi müayinələrin mütəşəkkil keçirilməsini təmin etmək məqsədilə yaradılan komissiya tərəfindən ciddi hazırlıq işləri görülmüşdür. Tibb ocaqları bütün lazımi avadanlıqlarla təchiz edilmişdir. Fevralın 10-dan mart ayının 2-dək rayonun səhiyyə ocaqlarında keçirilən aksiya zamanı 4686 vətəndaş tibbi müayinə olunmuşdur. Xəstəlik aşkar edilən şəxslər Qəbələ Rayon Mərkəzi Xəstəxanasında müalicə edilirlər. Müayinələrdən sonra 77 nəfər stasionar, 559  nəfər ambulator müalicəyə cəlb olunub. 41 nəfər isə müalicə üçün Bakı şəhərinə göndərilib.

Təqdim etdi:

İ.Əmənullayev

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında