Kürdəmirdə 21 mindən çox sakin kütləvi tibbi müayinədən keçirilib

Əhalinin kütləvi tibbi müayinə edilməsi  Kürdəmir rayonunda da uğurla davam etdirilir. Fevralın 12-dən başlanan və mayın 12-dək davam edəcək tibbi müayinələrdən indiyədək 21 min 548 nəfər yararlanıb.

Rayonda ümumiyyətlə, müayinələrdən 115 min 594 nəfər keçiriləcək. Bu günədək müayinə olunanların 2029 nəfəri ambulator, 64 nəfəri stasionar müalicəyə cəlb edilib. İki nəfər isə cərrahi əməliyyat olunub. 25 nəfər daha ətraflı müayinə üçün Bakıya, ixtisaslaşdırılmış klinikalara göndərilib.

Tibbi müayinə əvvəlcədən təşkil olunmuş həkim briqadaları tərəfindən rayon mərkəzi xəstəxanasında, poliklinika şöbəsində, Karrar və Mollakənd kənd xəstəxanalarında, Qarasaqqal, Topalhəsənli, Yenikənd, Xəlsə, Sığırlı və Şilyan həkim məntəqələrində aparılır.

Qeyd edək ki, kampaniyanın gedişinə rayon icra hakimiyyəti tərəfindən yaradılmış, müvafiq qurumların nümayəndələrindən ibarət komissiya nəzarət edir. Müayinələrin uğurla başa çatdırılması üçün əhali arasında təşkilati-izahat işləri aparılır. Yaşayış sahələrində, idarə və təşkilatlarda tədbirlə əlaqədar qrafik tərtib olunub. Yaradılan səyyar həkim briqadası tibb müəssisələrinə gəlmək imkanı olmayan yaşlı sakinlərin müayinəsini evlərdə aparır.

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında