Səhiyyə nazirliyinin mütəxəssisləri Gəncədə

Ölkə Prezidentinin tapşırığına əsasən əhalinin növbəti dəfə pulsuz tibbi müayinədən keçirilməsi ilə əlaqədar respublika səhiyyə nazirliyinin “Azərbaycan Respublikası əhalisinin tibbi müayinələrdən keçirilməsi üçün mütəxəssislərin regionlara ezamiyyəti haqqında”  müvafiq  sərəncamına uyğun olaraq Bakı şəhərindən ezam olunmuş 6 nəfərdən ibarət xüsusi həkim briqadası Gəncədəki 6 saylı poliklinikada əhalinin tibbi müayinəsini həyata keçirmişdir. 

Bu barədə məlumat verən Gəncə Səhiyyə idarəsinin rəisi, professor Əlikram Məmmədov demişdir ki, ölkə rəhbərinin müvafiq tapşırığına uyğun olaraq fevral ayının 12-dən etibarən Gəncənin 5 poliklinikasında əhalinin tibbi müayinələrinə start verilib:

-Tibbi müayinələrimiz yüksək səviyyədə davam edir. Gəncə sakinləri ilə yanaşı şəhərimizdə məskunlaşmış  qaçqın və məcburi köçkün qəsəbələrində də vətəndaşların tibbi müayinələri aparılır. Bundan əlavə ali və orta ixtisas təhsili müəssisələrində müayinələr davam etdirilir. Bu gün Bakıdan gələn bir qrup peşəkar həkimin də bu müayinələrə qatılması ölkə başçısı cənab İlham Əliyevin və səhiyyə nazirimiz cənab Oqtay Şirəliyevin vətəndaşlarımıza olan diqqət və qayğısının bariz nümunəsidir.

İdarə rəisi aralarında nazirliyin baş mütəxxəssilərinin də olduğu həkim briqadaya göstərdikləri yüksək səviyyəli xidmətə görə öz dərin təşəkkürünü bildirmişdir.

Nazirliyin ictimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Aris Rüstəmov söhbətində demişdir:

-Сənab nazirin əmri ilə yaradılan tibbi briqadalar ölkənin 8 regionunda tibbi müayinələr keçirəcəklər. Bu müayinələr təkcə Gəncə sakinləri üçün deyil, bütövlükdə qərb bölgəsindən olan vətəndaşlar üçün təşkil olunub.

Qeyd edək ki, Bakıdan ezam edilən həkim briqadası tərəfindən 6 saylı poliklinikada 168 nəfərə baxılmış, müayinə, məsləhət və konsilium edilmişdir.

 

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında