Oftalmoloqların növbəti humanitar aksiyası

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həyata keçirdiyi humanitar aksiyalar gündən-günə artır və Prezident İlham Əliyevin səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin tərkib hissəsi hesab olunur. Mərkəz davamlı olaraq Bakıda və respublikanın müxtəlif regionlarında pasientlərə səyyar xidmət göstərir.

Fevralın 22-də səyyar klinika Azərbaycan Dövlət İqtisad Universitetində humanitar aksiya keçirib. Bu barədə məlumatı Milli Oftalmologiya Mərkəzinin elmi məlumat və təşkilati metodik bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva verib. Aksiyanın keçirilməsində məqsəd müəllim və tələbələrin səhhətləri ilə bağlı olan problemlərin həll olunmasına kömək göstərmək, eyni zamanda, göz xəstəlikləri ilə əlaqədar aparılan monitorinqlərin nəticələrini müzakirə və həll etməkdir.

Bölmə rəhbəri bildirib ki, 2005-2018-ci illər ərzində səyyar klinika respublikanın bir çox rayon və şəhərlərində dəfələrlə humanitar aksiyalar keçirib. Bütün bunlarla yanaşı, ilkin olaraq səyyar klinikanın həkimlərdən ibarət qrupu 2012-ci ildən 2017-ci ilədək Azərbaycanın 17 ali təhsil müəssisəsinin tələbələri və bir sıra orta məktəb şagirdləri arasında tədqiqatlar aparmışlar.

O, ölkəmizin səhiyyədə, xüsusilə də oftalmologiya sahəsində bir çox yeniliklərə imza atdığını qeyd edib. Bildirib ki, Milli Oftalmologiya Mərkəzinin bütün filialları ən son texniki avadanlıqlarla təchiz olunub. Klinikada təcrübəli və xaricdə ixtisas keçmiş həkim-oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olur. Mərkəzin pasientlərə regionlarda səyyar xidmət göstərməsi aksiyası isə getdikcə daha geniş yayılır.

 Y. Abdıyeva universitetdə keçirilən humanitar aksiya zamanı 150 nəfər müəllim və tələbənin müayinə olunduğunu, onlara müxtəlif məsləhətlər və tövsiyələr verildiyini bildirib.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında