Oftalmologiya elmi dünyanın aparıcı ölkələrinin elmləri sırasındadır

Azərbaycanda oftalmologiya son illər təkcə paytaxt Bakıda deyil, regionlarda da yüksək səviyyədə inkişaf edib. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA)-nın ümumi yığıncağı və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin kollegiyasının “İnsan sağlamlığı Azərbaycan cəmiyyətinin inkişafının əsasıdır” mövzusuna həsr olunmuş birgə elmi sessiyasında bu sahədə baş verən yeniliklərdən danışılıb.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Elmar Qasımov “Azərbaycanda çox rast gəlinən oftalmoloji patologiyaların yayılması və tibbi-sosial əhəmiyyəti”adlı məruzə ilə çıxış edib. Elmar Qasımov bildirib ki, respublikada oftalmoloji yardım səviyyəsi durmadan yüksəlir, müasir diaqnostik və müalicəvi texnologiyalar və avadanlıqlar geniş tətbiq edilir. Mərkəzin direktoru rəhbərlik etdiyi qurumun regionlardakı filiallarının fəaliyyətindən də danışıb. O, səyyar klinika vasitəslə minlərlə müayinə, müalicə və cərrahi əməliyyatlar aparıldığnı qeyd edib. Məruzə böyük maraqla qarşılanıb.

Xatırladaq ki, Elmar Qasımov “Azərbaycanda qlaukomanın erkən diaqnostikasının və müalicəsinin təşkili” proqramına görə akademik Arkadiy Nesterov adına Fəxri medalla təltif olunub.

 

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında