Əsas məqsəd diaqnozların vaxtında və düzgün qoyulmasıdır

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında fəaliyyət göstərən Tibbi Ekspertiza Komissiyasının növbəti genişləndirilmiş iclası olub.

Komissiyanın sədri, birinci daxili xəstəliklər və reanimatologiya kafedrasının müdiri, professor İsfəndiyar İsmayılov  çıxış  edərək komissiyanın işinin əsas prinsipləri  barədə iştirakçılara məlumat verib. Professor  komissiyanın işlərinin yüksək səviyyədə  qurulduğunu diqqətə çatdırıb. O deyib: ”Əsas məqsədimiz müalicə işllərini müasir  səviyyədə qurmaq, diaqnozların vaxtında və düzgün qoyulmasıdır”.

Məlumat üçün bildirək ki, komissiyanın katibi birinci daxili xəstəliklər və reanimotologiya  kafedrasının dosenti Türkan Kərimovadır.

İclasın davamında bir neçə xəstənin klinik təhlili aparılıb.

Komissiya  üzvlərinin də iştirakı ilə aparılan təhlillərdə professorlar, şöbə müdirləri və rezidentlər itirak ediblər.

ATU-nn mətbuat xidmətindən bildiriblər ki,  ki, Tibbi Ekspert Komissiyasının üzvləri, professorlar Yaqub Qurbanov və Zakir Əliyev, uşaq kardio-revmatologiya şöbəsinin müdiri Ələkbər Həsənov, kardioloq Fuad Səmədov, və hemotologiya  şöbəsinin müdiri Valeh Hüseynovdur.

 

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında