İtaliyada Beynəlxalq Parodontoloji Simpozium keçirilib

       Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bu günlərdə İtaliyanın Milan şəhərində "Vita-Salute San Raffaele" Universitetində İtaliya Parodontologiya Cəmiyyətinin həmtəşkilatçılığı ilə “Dişlər və implantlar ətrafında yumşaq toxuma cərrahiyyəsi” mövzusunda 2-ci Beynəlxalq Parodontoloji Simpozium keçirilib.

         Simpozium iştirakçılarına dişlər və implantlar ətrafında parodontoloji konservativ və cərrahi müalicənin bioloji əsaslandırılması, həmçinin yumşaq toxuma rekonstruksiyasında uğurlu və sabit nəticələrə nail olmaq üçün ən son cərrahi üsullar haqqında yeniliklər təqdim olunmuşdur. Keçirilən bu tədbir İtaliya Səhiyyə Nazirliyi tərəfindən Davamlı Tibbi Təhsil üzrə akkreditasiya olunmuşdur.

       Simpoziumda ölkəmizi Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti, Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə institutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru Cavid Əhmədbəyli təmsil edib. Simpoziumun gedişində Fransa, İsveç, Braziliya, İsveçrə, Italiya, Macarıstan və Türkiyədən olan məruzəçilər və həmkarlar ilə bir çox görüşlər keçirilib. Eyni zamanda, 2018-ci ilin noyabrında Azərbaycan Parodontologiya Cəmiyyəti tərəfindən Bakıda keçiriləcək “EstePerio2018” 3-cü Beynəlxalq Parodontologiya və Estetik Stomatologiya Konqresi haqqında məlumat verilib.

         Görüşlərdə eyni zamanda Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə institutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrası və Azərbaycan Parodontologiya Cəmiyyəti ilə mövcud əlaqələrin inkişafı və perspektiv planları müzakirə edilmişdir.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında