AMEA-nın Ümumi yığıncağı və Səhiyyə Nazirliyi Kollegiyasının birgə elmi sessiyası keçiriləcək

    2018-ci il fevralın 16-ı tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı və Səhiyyə Nazirliyinin Kollegiyasının birgə elmi sessiyası keçiriləcək.

      Toplantı  zamanı giriş nitqi ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxış edəcək. Sessiyada “Azərbaycanda tibb elminin inkişafı, prioritetləri və inno­vativ perspektivləri” mövzusunda  Akademiyanın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanovun məruzəsi dinləniləcək.

    Sessiyada Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəylinin, AMEA-nın müxbir üzvü Nuru Bayramovun, tibb üzrə fəlsəfə doktoru Orxan İsayevin, Milli Onkologiya Mərkəzinin şöbə müdiri, tibb üzrə fəlsəfə doktoru Fuad Novruzovun, Fiziologiya İnstitutunun direktoru, professor Ulduz Haşımovanın çıxışları olacaq. Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən bildiriblər ki, yığıncaqda Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru, professor Nazim Qasımovun, Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Elmar Qasımovun da çıxışları gözlənilir.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında