Elmi -Tibbi Şuranın iclası keçirilib

      Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının iclasında nazirliyin mütəxəssisləri ilə birlikdə Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regionu üzrə Təhsil Mərkəzinin rəhbəri, Qazaxstan Respublikasının Səhiyyə Nazirliyinin Etika üzrə Komissiyasının katibi, professor Sarımsakova Baxıt Erkeşevna iştirak edərək məruzəçi qismində çıxış edib.

      Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatında deyilir ki, iclasın gündəliyinə elmi-tədqiqat işlərinin etik ekspertiza sisteminin inkişafında Qazaxstan Respublikasının təcrübəsi və Davamlı Tibbi Təhsil tədbirlərinin akkreditasiyası barədə məsələ daxil edilmişdir.

    Akkreditasiya üçün müraciətlərin siyahısına 2018-ci il aprelin 2-i tarixindən 7-dək “Azəri Toksikoloqlarının Dərnəyi” tərəfindən keçiriləcək “Kəskin zəhərlənmələrin diaqnostika və müalicəsi” adlı tədris kursu, 26 aprel 2018-ci il -- 29 aprel 2018-ci il tarixlərində Azərbaycan- Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti tərəfindən keçiriləcək 4-cü Azərbaycan—Alman-–Türk Tibb Konqressi, 9 mart 2018-ci il -- 10 mart 2018-ci il tarixlərində Elmi-Tədqiqat Ortopediya və Travmatologiya İnstitutu tərəfindən keçriləcək Avropa Uşaq Ortopediya Cəmiyyətinin regional kursu daxil edilmişdir.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında