Əlillərə 1820 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi verilib

         Cari ilin yanvar ayında  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN)  Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən əlilliyi olan şəxslərin müraciətlərinə və ehtiyaclarına uyğun olaraq 1820 reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təminatı həyata keçirilib.

Onlardan  105 ədədini yuxarı və aşağı ətraf ortezi, 72 ədədini yuxarı və aşağı ətraf, habelə döş protezi,  447 ədədini müxtəlif reabilitasiya vasitələri, 41 ədədini bel və boyun nahiyəsi üçün korset təşkil edib. Həmçinin əlilliyi olan şəxslərə 20 cüt protez ayaqqabı, 364 cüt ortopedik ayaqqabı, 82 ədəd dördayaqlı dayaq vasitəsi, 92 cüt dirsəkaltı ağac, 52  cüt qoltuqaltı ağac, 148 ədəd əsa və s. verilib. Son bir ayda tibbi göstərişi olan əlilliyi olan şəxslərə isə 225 ədəd əlil  arabası təqdim olunub.

Ötən ay ümumilikdə 965 nəfər əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərilib. Həmin şəxslərdən 95 nəfəri ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş vətəndaşlar olub.

ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, cari ildə stasionar şəraitdə bərpa xidmətlərinin göstərilməsi işləri də davam etdirilib. Yanvar ayı ərzində Protez-Ortopedik Bərpa Mərkəzinin stasionar bölməsinə 61 nəfər əlilliyi olan şəxs qəbul edilib. Onlar ehtiyac duyduqları reabilitasiya xidmətləri (protezləşməyə hazırlanma və ya protezlə hərəkət edilməsinin öyrədilməsi, onurğa sütunu zədələnmiş spinal əlillərin və skoliozlu uşaqların reabilitasiyası və s.) ilə təmin olunublar.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında