Azərbaycan 130-cu tam hüquqlu üzv təsdiqlənib

Səhiyyə Nazirliyinin dəstəyi və razılığı ilə Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının Beynəlxalq Dərman Vasitələrinin Monitorinqi proqramına qoşulmuşdur. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) milli farmakonəzarət mərkəzi olaraq təyin edilmişdir. AEM proqramın icrasına məsul olan "Uppsala Drug Monitoring" Mərkəzi ilə əlaqələr qurmuş və proqramın icrasına başlamışdır.

2017-ci ildə Analtik Ekspertiza Mərkəzinin Farmakonəzarət Sektoru fəaliyyətə başlamışdır. Sektor Proqramın icrası üçün tələb olunan normativləri yerinə yetirmişdir. AEM Milli Farmakonəzarət Mərkəzinin fəaliyyətində bütün tələblərin yerinə yetirilməsi üçün şərait yaratmışdır. Ötən dövr ərzində "Uppsala Drug Monitoring" Mərkəzinin “Vigiflow” Programı alınmış, Azərbaycanda olan dərman vasitələrinin əlavə təsirlərinin proqram vasitəsilə Uppsala "Drug" Monitorinqin “Vigibase” - dünya dərman vasitələrinin əlavə təsirləri bazasına göndərilməsinə başlanılmışdır. Sektorun əməkdaşları sahə üzrə müvafiq beynəlxalq treninq kurslarda iştirak etmiş və təcrübələrini artırmışlar.

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən bildiriblər ki, görülən bütün işlərin nəticəsi olaraq, Azərbaycanın 2018-ci il yanvar ayının 23-də ÜST tərəfindən Beynəlxalq Dərman Vasitələrinin Monitorinqi Programının 130-cu tam hüquqlu üzvü olması təsdiq edilmişdir. AEM Azərbaycan Respublikasının Milli Farmakonəzarət Mərkəzi olaraq dərman vasitələrinin təhlükəsizliyi və effektivliyi üçün tələb olunan bütün işləri icra edir və sahə üzrə beynəlxalq əməkdaşlığını genişləndirir. 

Zərifə HÜSEYNOVA,
"Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında