Azərbaycan Tibb Universitetində konfrans keçirilib

Azərbaycan Tibb Unievrsietetinin (ATU) Əczaçılıq kimyası kafedrası tərəfindən keçirilən silsilə metodik konfranslar davam edir. “Əczaçılıq analizində spektro fotometriyanın tətbiqi” mövzusuna həsr olunmuş növbəti belə konfrans bu gün baş tutub. 

Kafedranın müdiri, əczaçılıq elmləri doktoru, professor Tahir Süleymanovun sözlərinə görə, bu, artıq sayca 10-cu belə seminardır. Və seminarın mövzusu təsadüfi seçilməyib: “Məlum olduğu kimi, müasir əczaçılıq analizini spektrometrik üsullar olmadan ifadə etmək mümkün deyil. Son 10 il ərzində bütövlükdə əczaçılıq analizinə həsr olunmuş elmi-tədqiqat işlərinin yalnız 10 faizə qədəri, bəzi ədəbiyyatlarda 7 faizə qədərində kimyəvi əsaslanan üsullardan istifadə olunub”.

T.Süleymanovun sözlərinə görə, seminarlar zamanı tədris mövzularının seçilməsinin məqsədi müəllimlərin ixtisas səviyyəsini artırmaq, peşəkar kadrların gənc müəllimlər üçün təcrübə ilə bağlı paylaşımlarını  mənimsətməkdir.

Professor  çıxışı zamanı xatırladıb ki, əczaçılıq kimyası kafedrası Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyilə 2015--2017-ci illərdə Qrant layihəsi icra edib. Nəticədə kafedrada respublikanın təbii sərvətləri əsasında yeni dərman vasitələrinin yaradılması üçün müasir əczaçılıq laboratoriyası yaradılıb. Bu laboratoriya 3 hissədən ibarətdir: fitokimya, əczaçılıq texnologiyası və standartlaşdırma bölməsi. Yeni laboratoriyada tələbələrin yeni metodika üzrə dərs keçməsi üçün hər cür şərait yaradılıb. Laboratoriyaın standartlaşdırma bölməsində dərman preparatlarının standartlaşdırılması proseslərinin həyata keçirilməsi üçün  görülən işlərin aparılması nəzərdə tutulub.

Daha sonra Əczaçılıq kimyası kafedrasının dosenti Vaqif  İsgəndərovun “fotometriyanın növləri” mövzusunda məruzəsi dinlənilib.

Zərifə HÜSEYNOVA,
"Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında