Bakı Sağlamlıq Mərkəzi Seçenov Universitetinin Bakı filialının klinik bazasıdır

Bakı Sağlamlıq Mərkəzi Azərbaycanın böyük tibb mərkəzlərindən biridir. 2014-cü il yanvarın 7-də mərkəzin açılışında Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.

50 min kvadratmetr sahəsi olan və ən müasir avadanlıqla təchiz edilmiş 550 çarpayılıq mərkəz hazırda İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Seçenov Universiteti) klinik bazasıdır. Burada müxtəlif xəstəliklərin müayinə və müalicəsi, xüsusən tibb ixtisası üzrə təhsil alan tələbələrin praktiki hazırlığı üçün əlverişli şərait yaradılıb. Sağlamlıq mərkəzində “Müalicə işi” tədris proqramına uyğun olaraq klinik fənlər (terapiya, cərrahiyyə, ginekologiya və s.) üzrə məşğələlər aparılır. Tələbələrin hazırlığı rusiyalı professor-müəllim heyətinin və klinikanın azərbaycanlı mütəxəssislərinin sıx əməkdaşlığı şəraitində həyata keçirilir.

Qeyd edək ki, İ.M.Seçenov adına Birinci MDTU-nun Bakı filialı Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən yaradılıb.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, İ.M.Seçenov adına Birinci MDTU-nun məzunu və fəxri professoru Mehriban Əliyevanın iştirakı ilə 2015-ci il sentyabrın 15-də dünyanın ən nüfuzlu ali məktəblərindən biri olan Seçenov Universitetinin Bakı filialının təntənəli açılış mərasimi keçirilib. Filialın yaradılmasında məqsəd Azərbaycanda tibbi təhsili təkmilləşdirmək, bu sahədə dünyanın mötəbər təhsil mərkəzləri ilə əlaqələri genişləndirməkdir. Bakı filialında üç kurs üzrə ümumilikdə 340 tələbə təhsil alır. 2017/2018-ci tədris ilində ərizə verən abituriyentlərin sayı 216 nəfər olub. Qəbul imtahanları nəticəsində 125 nəfər birinci kursa qəbul edilib. Filialda professor-müəllim heyətinin 90-95 faizi Moskvadan olan pedaqoqlardan ibarətdir. Onlar fənləri tələbələrə ən yüksək səviyyədə tədris edirlər.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında