Soyuqdəymə ilə qripin fərqi nədir?

  Bu iki xəstəliyin simptomları arasında elə də böyük fərq yoxdur.

Əslində isə  qripi qrip virusları,  soyuqdəyməni isə 200-dək ştammı olan başqa viruslar törədir.

Bunlardan ən geniş yayılanı "rhinovirus" - yəni burun virusudur. Soyuqdəymənin əsas simptomunun burun axması olması buradan qaynaqlanır.

 Bu xəstəliklərin qarşısının alınması və müalicəsi üçün  onlar arasında  kiçik fərqləri bilməyə ehtiyac var.

Soyuqdəymə də virus kimi tənəffüs yolları ilə yoluxur.

Soyuqdəymənin virusları hər hansı səthin üzərində 24 saat sağ qala bilir.

Soyuqdəymə zamanı ən başlıca profilaktika əllərin və üzün tez-tez yuyulmasıdır. Unutmayın ki, viruslar təkcə hava ilə yox, dəsmal və başqa əşyalardan da keçir.

Soyuqdəymənin ilk vaxtlarında asqırıb-öskürərkən ağzınızı salfetlə örtməyə çalışın. İşlənmiş salfeti dərhal zibilə atın.

 Qripdən qorunmaq üçün isə immun sistemini gücləndirmək lazımdır.

Soyuqdəymə və qripin bir böyük fərqi də qrip simptomlarının daha sərt olmasıdır.

Soyuqdəymə adətən bir-iki günə sovuşub gedir, amma qrip bir həftə və daha çox davam edə bilər.

Soyuqdəymədən sonra burun qızartısı və azacıq öskürmə qalır. Qrip isə qızdırma da verir və bundan başqa əzələ ağrıları yaradır.

Donuz qripi kimi pis qriplərdə isə əlavə olaraq qusma və ishal kimi hallar da olur.

Bunu da yaddan çıxarmayın ki, soyuqdəymədən fərqli olaraq qripin çox dəhşətli fəsadları ola bilir.

Məsələn soyqudəymə sətəlcəmə çox nadir hallarda keçə bilər, amma qrip vaxtı bu real riskdir.

Aida AYSA,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında