Azərbaycanın hərbi tibb mütəxəssisləri iranlı həmkarları ilə görüşüblər

Azərbaycan ilə İran arasında hərbi sahədə ikitərəfli əməkdaşlıq planına uyğun olaraq, Müdafiə Nazirliyinin bir qrup tibb xidməti zabiti Tehranda səfərdə olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, səfər çərçivəsində nazirliyin Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev İran Silahlı Qüvvələrinin tibb xidməti rəisi, briqada generalı Həsən Ərağizadə ilə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində müzakirə aparıb.

İran Silahlı Qüvvələrinin tibb xidmətinin imkanlarının öyrənilməsi məqsədilə Azərbaycan nümayəndə heyəti İslam İnqilabı Keşikçiləri Korpusunun Bəqiyətullah və Cəmaran, Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin Besət hospitallarını, İran Ordusunun Tibb Elmləri Universitetini ziyarət edib, müdafiə qabiliyyətləri sərgisinə baxış keçirib.

AZƏRTAC

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında