Gələcəkdə Heydər Əliyev Fonduna müraciət edəcək xəstələr almaniyalı mütəxəssislər tərəfindən teletəbabət vasitəsilə təmənnasız konsultasiya ediləcəklər

Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Səhiyyə Nazirliyinin M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində İkinci Azərbaycan-Almaniya Cərrahiyyə Günləri keçirilmişdir.
Heydər Əliyev Fondundan bildirmişlər ki, tədbirdə yerli mütəxəssislərlə yanaşı, Almaniyanın Haydelberq Universiteti klinikalarından birinin rəhbəri və Almaniya Cərrahlar Cəmiyyətinin sədri, professor S.Postun rəhbərlik etdiyi 5 nəfərlik nümayəndə heyəti iştirak etmişdir.
Tədbir zamanı respublikanın müxtəlif klinikalarında çalışan 250-yə yaxın cərrah, endoskopist və əməliyyatlarda iştirak edən tibb bacıları üçün məruzələr, treninqlər və birbaşa yayımla nümunəvi əməliyyatlar keçirilmişdir. Səkkiz xəstə üzərində mürəkkəb cərrahi əməliyyatlar və müxtəlif patologiyalara görə endoskopik müayinə və müalicələr aparılmışdır.
Eyni zamanda, 60-dan çox xəstənin almaniyalı mütəxəssislər tərəfindən təmənnasız müayinəsi və konsultasiyası olmuşdur.
Tədbir çərçivəsində cərrah və endoskopistlər üçün təşkil edilmiş treninqlər regionda ilk dəfə olaraq xüsusi müasir treninq modelləri üzərində həyata keçirilmişdir.
Tədbirin sonunda almaniyalı həkimlərlə gələcəkdə Heydər Əliyev Fonduna müraciət edəcək xəstələrin davamlı olaraq Almaniyanın aparıcı universitetlərinin klinikalarının mütəxəssisləri tərəfindən teletəbabət vasitəsilə təmənnasız konsultasiya olunması barədə razılaşma əldə edilmişdir.
Bundan əlavə, tərəflər ağır xəstələrin cərrahi və terapevtik müalicəsi üçün Heydər Əliyev Fondunun təşəbbüsü ilə Almaniyadan xüsusi həkim briqadalarının müntəzəm surətdə Azərbaycana ezam edilməsinin təmin olunması barədə razılığa gəlmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında