IV Beynəlxalq tibb konqresi

Azərbaycan Tibb Universitetində (ATU) Həkimlərin IV Beynəlxalq Tibb Konqresində Almaniya, Rusiya, Türkiyə, Özbəkistan və digər ölkələrdən olan tibb mütəxəssisləri, eyni zamanda, ATU-nun professor-müəllim heyəti iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə universitetin foyesində ümummilli lider Heydər Əliyevin büstünü ziyarət etdilər. Dövlət himni səsləndikdən sonra ATU-nun rektoru, professor Gəray Gəraybəyli çıxış edərək Tələbələr və Gənc Həkimlərin Beynəlxalq tibb konqresinin təşkilinin artıq ənənə halını aldığını bildirdi. Qeyd etdi ki, ali məktəb qarşısında duran ən mühüm vəzifələrdən biri istedadlı, ixtisaslaşmış kadrların yetişdirilməsidir. Bu baxımdan beynəlxalq konqreslərin böyük əhəmiyyəti var. Dövlət başçısı Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin, təhsilə göstərilən qayğının nəticəsidir ki, ölkəmiz elm, təhsil, idman və tibb sahələrində davamlı olaraq beynəlxalq tədbirlərə ev sahibliyi edir.

Rektor konqres ərəfəsində əvvəlki illərdən fərqli olaraq Türkiyə İstanbul Universiteti tibb fakultəsi, Endoskopik Laparoskopik Cərrahi Dərnəyin nüfuzlu professor heyətinin dəstəyi ilə laparoskopik cərrahiyyə kursu təşkil edildiyini bildirdi. Kursun təşkilinə görə professor Cavid Avçı başda olmaqla, bütün heyət üzvlərinə təşəkkür etdi.

Konqresə çox maraqlı elmi məqalələr, posterlər təqdim olunub. Türkiyəli professor, Laporaskopik dərnəyin prezidenti Cavid Avcı Azərbaycanda olduğundan məmnunluğunu, bir millət, iki dövlət olaraq bu cür konqreslərin gələcək tələbələrin savadlı həkim kimi formalaşmasında böyük rolu olacağını dedi. O, ATU-nun rəhbərliyinə təşəkkür etdi.

Milli Məclisin deputatı Qənirə Paşayeva konqresə uğurlar diləməklə dövlətin tələbə və gənc həkimlərə yaratdığı şəraitdən söz açdı. Prezidentimizin səhiyyəyə  həssas münasibəti sayəsində Milli Məclisdə yaradılan Səhiyyə Komitəsinin onların qayğısına hər an qalmağa hazır olduğunu bidirdi.

İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru, professor Əziz Əliyev “Onkologiyada təcrübəmiz və naliyyətlərimiz”, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva “Azərbaycan Respublikasinda yaz katarının epidemiologiyası, klinikasının bəzi xüsusiyyətləri” mövzularında mühazirələr oxudular.

Konqresin plenar sessiyasında tibbin müxtəlif sahələrinə dair həm azərbaycanlı, həm də xarici mütəxəssislərin mühazirələri səsləndirildi. Onkologiya, pediatriya, urologiya, oftalmologiya, ginekologiyada rast gəlinən xəstəliklər və onların yeni müalicə metodlarına dair təcrübə mübadiləsi aparıldı.

I Beynəlxalq Tibb Konqresi 2014-cü ilin may ayında ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr edilib. Həmin ildən etibarən hər il ATU-nun təşəbbüsü və təşkilatçılığı, xarici mütəxəssislərin iştirakı ilə Beynəlxalq Tibb Konqresi keçirilir.

Zərifə HÜSEYNOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında