Azərbaycanda 107 xəstəyə qaraciyər, 365 xəstəyə böyrək köçürülüb

Azərbaycanda ilk dəfə Neftçilər Xəstəxanasında çarpaz əməliyyat icra olunub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, çarpaz orqan transplantasiyası donorların özlərinə uyğun olmayan xəstələrin uyğun olacaq başqa cütün donoru ilə dəyişdirməkdir. Çarpaz transplantasiya əsasən, qan qrupu uyğun gəlməyən cütlüklər arasında əməliyyat olma şansını artırır.

Əməliyyatı icra edən xəstəxananın Cərrahiyyə və Orqan transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazımi çarpaz orqan transplantasiyasının dünyada da nadir tətbiq olunduğunu qeyd edib. Onun sözlərinə görə, xəstəxanaya birinci xəstə böyrək çatışmazlığı ilə müraciət edəndə ona böyrək köçürülməsinə ehtiyac olduğu bildirilib: “Xəstənin donoru həyat yoldaşı olsa da, onların qan qrupları uyğun deyildi. Bu zaman onlara analoji problemlə üzləşmiş digər bir cütlüklə çarpaz transplantasiya, yəni, donorların dəyişdirilməsi yolu ilə əməliyyat məsləhət olunub. Hər iki ailə görüşüb, tanış olub və çarpaz transplantasiyaya razılıq verib. Bir gündə 4 nəfər əməliyyat olunub. İki şəxsin həyatı xilas edilib, əvvəlki sağlamlığına qovuşub. Donorlar artıq evə yazılıblar, səhhətlərində hər hansı bir problem yoxdur. Xəstələrin vəziyyətləri stabildir və bu günlərdə evə buraxılacaqlar”.

Bu günə qədər Neftçilər Xəstəxanasında 500-ə yaxın xəstə üzərində orqan koçürülməsi icra edilib. 107 xəstəyə qaraciyər, 365 xəstəyə isə böyrək köçürülüb. Xəstələrin bir qismi azyaşlıdır. Bu günə kimi orqan koçürulən 9 qadın dünyaya sağlam övlad gətirib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında