Elektromioqrafiya neyromotor aparatın funksional vəziyyətini dəyərləndirməyə imkan verir

Kliniki praktikada yarım əsrə qədər bir müddətdə istifadə olunan Elektromioqrafiya (EMQ) müayinəsi neyromotor aparatın funksional vəziyyətini dəyərləndirməyə imkan verən elektrofizioloji tədqiqatlar kompleksindən ibarətdir. Ötən müddət ərzində EMQ metodları dayanmadan inkişaf edib təkmilləşib. Buna baxmayaraq alınmış nəticələrin interpretasiyası yalnız yüksək ixtisaslı fuksional diaqnostika mütəxəssislərinin üzərinə düşür. Nevroloqların isə EMQ müayinəsi nəticələrini yetərincə dəyərləndirə bilməməsi bəzi hallarda onların professional imkanlarını bir qədər məhdudlaşdırır.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının həkim-nevroloqu, professor Sədaqət Hüseynova bu barədə danışarkən deyib: “Klinisist və həkim-neyrofizioloq EMQ metodunun diaqnostik imkanlarını dəqiq bilməlidir. Əks halda qarşıya qoyulan, yerinə yetirilməsi mümkün olmayan məsələlər bu metodun qaçılmaz diskreditasiyasına səbəb ola bilər. Elektromioqrafiya müayinələrinin bir sıra əsas vəzifələri var. Bunlar əzələ sisteminin vəziyyətinin dəyərləndirilməsi, sinir aparatının funksional vəziyyətinin analizi, sinir-əzələ keçiriciliyi səviyyəsində dəyişikliklərin müəyyənləşdirilməsidir. Xəstəliyin klinik əlamətlərindən asılı olaraq bu vəzifələrin prioriteti dəyişə bilər. Lakin EMQ diaqnostikanın əsas etapları dəyişilməz olaraq qalır”.

Professor bildirib ki, məlumatların qeydi üsuluna və müayinənin xarakterinə görə EMQ müayinəsi müxtəlif metodlara ayırd edilir. Bunlar summar səthi EMQ, Stimulyasion EMQ, M-potensialın müayinəsi və motor sinir lifləri boyu impulsların ötürülmə sürətinin (İÖS) təyini, sinir potensialının müayinəsi və sensor sinir lifləri boyu İÖS-nin təyini, gec neyroqrafik fenomenlərin (F-dalğa, H-refleks, A-dalğa) müayinəsi, “Qırpma” refleksinin müayinəsi, ritmuk stimulyasiya və sinir-əzələ ötürücülüyünün müayinəsi (dekrement test), iynə EMQ, hərəki vahid potensiallarının müayinəsi, intefrferension EMQ-nin analizidir. Onu da qeyd edim ki, sinir sisteminin mərkəzi və naqil tipli pozuntuları zamanı bir qayda olaraq EMQ-nə ehtiyac olmur. Bundan əlavə, standart EMQ müayinəsi neyronal, nevritik, sinaptik, birincili-əzələ tipli pozuntuların differensial diaqnostikası üçün istifadə edilir. Motoneyron tipli pozuntulara lokal və ya generalizə olunmuş şəkildə rast gəlinir və bu zaman əsas diaqnostik əhəmiyyət kəsb edən metodika iynə EMQ hesab olunur.

Nevritik zədələnmələr də öz növbəsində tək sinirin və ya çox saylı sinirlərin və sinir kələflərinin prosesə qoşulması ilə xarakterizə olunur. Bu zaman əsas diaqnostik EMQ metodunu M-potensialın və sinirlər boyu ötürmə sürətinin müayinəsi təşkil edir. Ötürücülüyün proksimal hissədə təyini üçün isə F-dalğanın tədqiqi aparılır. Əlavə və həlledici metod isə iynə EMQ-si sayılır.

Sinir-əzələ keçiriciliyinin pozulması ilə gedən xəstəliklər zamanı ritmik stimulyasiya və tək əzələ lifinin müayinəsi həlledici əhəmiyyət kəsb edir. Polimiozit və digər iltihabi miopatiyalar zamanı əsas müayinə üsulu iynə EMQ-si olur. Birincili əzələ zədələnmələri zamanı da əsas metodika yenə də iynə EMQ-si hesab edilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında