Akademik Mirməmməd Cavadzadənin 90 illik yubileyinə həsr edilmiş beynəlxalq elmi – praktik konfrans keçirilib

Böyrək cərrahiyyəsində bir sıra yenilik və ixtiraların müəllifi, akademik Mirməmməd Cavadzadənin 90 illik yubileyinə həsr olunmuş tədbirlər davam edir. İyunun 3-də “Bulvar Hotel”də Azərbaycan urologiyasında görkəmli cərrah kimi məşhur olan professorun xatirəsinə beynəlxalq elmi-praktik konfrans keçirilib. Konfransda dünyanın müxtəlif ölkələrindən gələn tanınmış uroloq-alimlər iştirak edib.

AZƏRTAC xəbər verir ki, konfransı Azərbaycan Uroloqlar Assosiasiyasının prezidenti, professor Samir Cavadzadə açıb. O, tədbir iştirakçılarını salamladıqdan sonra xarici ölkələrdən gələn məşhur uroloqlardan bir neçəsi çıxış edərək məşhur uroloq-cərrah Mirməmməd Cavadzadə ilə bağlı xatirələrini söyləyib, onun tibb elminə, böyrək cərrahiyyəsinə gətirdiyi yeniliklərdən danışıblar.

Konfransda Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun hemodializ şöbəsinin müdiri Fariz Babayev “Azərbaycan urologiyası və nefrologiyasının tarixi” məruzəsində ölkəmizdə urologiyanın tarixindən və ötən əsrin ikinci yarısından peşə fəaliyyətinə başlayan Mirməmməd Cavadzadənin onun inkişafına verdiyi töhfədən danışıb.

Rusiya Urologiya və İnvaziv Radiologiya İnstitutunun direktoru, professor Oleq Apolixin “Kişi reproduktiv sağlamlığı və sosial uzunömürlülük”, ABŞ-ın Nayo klinikasının professoru İqor Frank “Oliqometastik prostat vəzi xərçənginin müalicəsində radikal prostatektomiyanın rolu”, Avropa Uroloqlar Assosiasiyasının Türkiyədəki Urolithiasis bölməsinin sədri, professor Kemal Sarıca “ PNL-də minitaturizasiya: fəsadlaşma ehtimallarını azaltmaq uğuru artırırmı?”, İranın Shahid Beheshti Universitetinin professoru Nasser Simforuş “Minilaporoskopik cərrahiyyə: yeni paradiqma”, Nyu-York Universitetinin professoru Gennadi Bratslavski “Prostat vəzi xərçəngində dəqiq tibb”, Rusiya Elmi-Tədqiqat Onkologiya Mərkəzinin professoru Vsevolod Matveyev “Böyrək xərçəngində nefron-qoruyucu cərrahiyyə” mövzularında məruzə etdikdən sonra konfransın işində
kiçik fasilə elan edilib.

Fasilədən sonra konfransda Türkiyənin Hacettepe Universitetinin professoru Əmrə Huri “Minimal invaziv radiologiyada 3-D modelləşdirmə və kliniki tətbiqi”, Türkiyə Uroklinikasının professoru Tibet Ərdoğru “Laparoskopik və robotik urologiyada bizim sərhədimiz nədir?”, İtaliyanın Modena və Reggio Emilia Universitetinin professoru  Bernardo Rokko “cT3 prostat vəzi xərçəngində robotic prostatektomiya+genişləndirilmiş PLND”, Nyu-York Universitetinin professoru Oleq Şapiro “Sidik kisəsi qeyri-invaziv xərçənginin müalicəsində  kimyaterapiya maddələrinin intravezikal instilasiyası”,  Gürcüstanın MMT Hospitalının professoru Guram Karazanaşvili  “Radikal sistektomiya və sidik derivasiya üsulları: texniki aspektlər və fəsadlar”, Belarus Milli Onkologiya və Radiologiya Mərkəzinin professoru Sergey Polyakov “Radikal sistektomiya: reallıq və miflər” və Ukrayna Milli Xərçəng İnstitutunun professoru Oleksandr Staxovski “Böyrək xərçənginin nefron- qoruyucu üsulla müalicəsində nefrometriya sistemlərinin və qalan parenximal həcmin rolu” mövzularında məruzə ediblər. Məruzələr interaktiv şəkildə ekranda canlandırılaraq iştirakçıların nəzərinə çatdırılıb.

Bununla da akademik Mirməmməd Cavadzadənin 90 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans öz işini başa çatdırıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında