Yardımlıda yeni tibb məntəqəsi istifadəyə verilib

Dünya Bankının maliyyələşdirdiyi İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində Yardımlı rayonunun Honuba-Şıxlar kəndində tibb məntəqəsi üçün tikilmiş yeni binanın açılışı olub.

Açılış mərasimində idarə, müəssisə və təşkilat rəhbərləri, tibb işçiləri və kənd sakinləri iştirak ediblər.Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov  bildirib ki, Yardımlının ən ucqar kəndlərində belə sosial problemlərin həlli istiqamətində böyük işlər görülür. Mühüm layihələr əsasında səhiyyə müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, əhalinin sağlamlığının qorunmasına etibarlı zəmin yaradılır. Rayonda və kənd yaşayış məntəqələrində gedən tikinti-abadlıq işlərinin geniş vüsət alması ölkədə aparılan sosialyönümlü siyasətin tərkib hissəsidir.   

Digər natiqlər kəndlərdə əhalinin sağlamlığına göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Rəmzi lent kəsildikdən sonra tədbir iştirakçıları yeni tibb məntəqəsində yaradılmış şəraitlə tanış olublar.

Əli NƏCƏFXANLI,
  “Xalq qəzeti”nin
bölgə müxbiri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında