Görkəmli alim Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verib

Xüsusi Müalicə Sağlamlıq Kompleksi MMC-də görkəmli oftalmoloq-alim akademik Zərifə Əliyevanın anadan olmasının 94 illiyi münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, YAP Səbail rayon təşkilatının təşəbbüsü ilə keçirilən tədbirdə yüksək ziyalılığı, xanımlığı ilə hamının rəğbətini qazanan görkəmli şəxsiyyət Zərifə Əliyevanın mənalı ömür yoluna nəzər salınıb.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Hüseynbala Mirələmov Azərbaycan elminə, səhiyyəsinə misilsiz töhfələr verən tanınmış oftalmoloq alimin cəmiyyətimiz üçün layiqli vətəndaş, görkəmli ictimai-siyasi xadim yetirən bir xanımın anadan olmasının 94 illiyini təqvimin ən əlamətdar günlərindən biri kimi dəyərləndirib. O bildirib ki, mənalı ömrünü insanların sağlamlığının qorunmasına həsr etmiş Zərifə xanım ona pənah gətirənlərə xüsusi qayğı və nəvazişlə yanaşıb. Milli Məclisin deputatı vurğulayıb ki, görkəmli ictimai-siyasi xadim Əziz Əliyevin ailəsində doğulub boya-başa çatmış Zərifə xanım nəsillərə örnək olan bir ömür yaşayıb.

YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev də qayğıkeş insan və ictimai xadim Zərifə Əliyevanın həyatından, zəngin elmi fəaliyyətindən, Azərbaycanda oftalmologiya elminin inkişafına verdiyi dəyərli töhfələrdən danışıb. Zərifə Əliyevanın xatirəsinin həmişə ürəklərdə yaşayacağını, onun şərəfli ömür yolunun və gördüyü fundamental işlərin heç vaxt unudulmayacağını söyləyib. Şəmsəddin Hacıyev bildirib ki, akademik Zərifə Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verin, oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazanıb. Bütün bu elmi fəaliyyəti ilə yanaşı, Zərifə Əliyeva, eyni zamanda, qayğıkeş ana, gözəl, vəfalı ömür-gün yoldaşı olub.

Digər çıxış edənlər də Zərifə Əliyevanın parlaq xatirəsinin daim anılacağını, xalqımızın qəlbində əbədi yaşayacağını qeyd ediblər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında