Tanınmış oftalmoloqun ildönümü münasibətilə pulsuz göz müayinələri aparılıb

Akademik, görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü münasibətilə Mərkəzi Neftçilər Xəstəxanasında pulsuz göz müayinələri keçirilib. Xətai Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən xeyriyyə tədbirində şəhid ailələri, Qarabağ və Böyük Vətən müharibəsi, 20 Yanvar əlilləri, ahıl və kimsəsiz qocalar olmaqla 200-dən çox vətəndaş müayinədən keçirilib. Göz xəstəlikləri aşkar olunan 10 nəfər pulsuz əməliyyat olunmaq üçün qeydiyyata götürülüb.

Xəstəxanada Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş yığıncaqda Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva Zərifə xanımı istedadlı oftalmoloq, gözəl ziyalı, xeyirxah və nəcib insan olmaqla yanaşı müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfalı ömür–gün yoldaşı kimi xatırlandığını söyləyib. Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi Leyla Seyidbəyova və başqaları Zərifə xanım Əliyevanın əziz xatirəsinin tibb elminə böyük töhfələr vermiş peşəkar həkim, nəcib peşə sahibi, eyni zamanda xalqını, millətini sevən gözəl ziyalı, sədaqətli həyat yoldaşı və qayğıkeş ana kimi yaddaşlara həkk olunduğunu bildirib.

AZERTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında