Mərkəzi Neftçilər Xəstəxanasının təcili tibbi yardım şöbəsi istifadəyə verilmişdir

Dekabrın 30-da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin nəzdində fəaliyyət göstərən Mərkəzi Neftçilər Xəstəxanasının Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda (BDÖZ) yeni yaradılmış təcili tibbi yardım şöbəsinin açılışı olmuşdur.
Mərasimdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, qurumun rəsmiləri iştirak etmişlər.
Açılışı bildirən rəmzi lent kəsildikdən sonra iştirakçılar bölmədə yaradılmış şəraitlə tanış olmuşlar. Məlumat verilmişdir ki, burada həftənin bütün günləri 24 saat ərzində 8 həkim və 6 tibb bacısı tərəfindən 1800 işçiyə ambulator və təxirəsalınmaz tibbi yardımın göstərilməsi üçün bütün lazımi şərait yaradılmışdır. Bölmədə fəaliyyət göstərəcək reanimasiya, müşahidə, müayinə, prosedur və qeydiyyat otaqları müasir beynəlxalq standartlara cavab verən tibbi avadanlıqla - kardiomonitor, süni tənəffüz aparatı, defibriliyator (ürək üçün) və elektrokardioqramma ilə təmin edilmişdir. Bölmənin istifadəsinə verilmiş təcili tibbi yardım maşını isə bütün zəruri tibbi dərman və ləvazimatlarla təchiz olunmuşdur. Bundan başqa, bölmədə rentgen laboratoriyası və hemotoloji, urinoloji, biokimyəvi analizatorlarla təmin olunmuş ekspress laboratoriya fəaliyyət göstərəcəkdir.
AzərTAc{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında