Səhiyyə işçiləri peşə bayramını qeyd ediblər

Sumqayıt

 

Şəhər icra hakimiyyətinin təşkilatçılığı ilə gerçəkləşən bayram tədbirində çoxsaylı tibb ocaqlarının təmsilçiləri və onları təbrik etməyə gəlmiş qonaqlar iştirak ediblər. Əvvəlcə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin üç il öncə Sumqayıtda səhiyyə işçiləri ilə unudulmaz görüşündən videokadrlar nümayiş etdirilib.

Görüş zamanı dövlət başçısının ölkədə səhiyyənin dinamik inkişafı, Sumqayıtda əhalinin sağlamlığına göstərilən qayğının artması ilə bağlı söylədiyi fikirlər alqışlarla qarşılanıb.  

Sonra Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov  səhiyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib, onlara ən xoş arzularını bildirib və şərəfli işlərində uğurlar arzulayıb. Azərbaycanda tibb elminin inkişafında böyük uğurlara imza atıldığını söyləyən natiq səhiyyəmizin tərəqqisi və bugünkü səviyyəyə çatmasında misilsiz rol oynamış ulu öndər Heydər Əliyevin böyük xidmətlərindən bəhs edib, möhtərəm Prezidentimiz İlham Əliyevin əhalinin sağlamlığına daim qayğı göstərdiyini xüsusi vurğulayıb.

Z.Fərəcov, həmçinin milli səhiyyənin inkişafına, tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə Heydər Əliyev Fondunun töhfələrini böyük razılıqla qeyd edib.  Sumqayıtın sosial-iqtisadi inkişafından danışan şəhər rəhbəri burada tikilən böyük və müasir park-bulvar kompleksinin, artırılan yaşıllıq zolaqlarının da sakinlərin sağlamlığına bilavasitə xidmət edəcəyini söyləyib. Ardınca Zakir Fərəcov  Sumqayıtın qabaqcıl tibb işçilərindən bir qrupuna icra hakimiyyətinin fəxri fərmanlarını təqdim edib və bütün ağxalatlılara yüksək peşəkarlıqla yanaşı, həm də nəcib keyfiyyətləri və xeyirxahlıqları ilə seçilməyi arzulayıb.

Bu günlərdə Prezident sərəncamı ilə Əməkdar həkim adına layiq görülmüş U.Musabəyova adına Sumqayıt Oftalmoloji Xəstəxanasının baş həkimi İradə Əliyeva fəxri ada görə minnətdarlıq duyğularını ifadə edib. Digər çıxış edənlər diqqət və qayğıdan məmnunluqlarını bildirib və bundan sonra da əhalinin sağlamlığı keşiyində yüksək sayıqlıqla dayanacaqlarını söyləyiblər.

Tədbir incəsənət ustalarının təqdim etdikləri konsert proqramı ilə davam edib.

 

Astara

 

Ölkəmizin “cənub qapısı”nın ağxalatlıları peşə bayramlarını böyük sevinclə qeyd ediblər.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Sonra bayram Astara Mərkəzi Rayon Xəstəxanasında davam edib. Xəstəxananın baş həkimi Əlövsət Əliyev ümummilli lider Heydər Əliyevin Azərbaycanda səhiyyənin inkişafı ilə bağlı xidmətlərindən söhbət açaraq hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Rayonun 100 min əhalisinə 1000-dən çox tibb işçisinin xidmət göstərdiyini vurğulayan Ə.Əliyev səhiyyə müəssisələrində əhaliyə yüksək səviyyədə tibbi xidmət göstərmək üçün hər cür şəraitin olduğunu bildirib.

Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev peşə bayramı münasibətilə rayonun tibb işçilərini təbrik edərək onlara ən xoş arzularını çatdırıb. Regional inkişaf Dövlət Proqramlarına uyğun olaraq ölkəmizin bütün bölgələrində müalicə-diaqnostika mərkəzlərinin inşa olunduğunu, xəstəxanaların əsaslı təmir edildiyini vurğulayıb. Əhali arasında tibbi maarifləndirmənin böyük əhəmiyyət kəsb etdiyini bildirən rayon rəhbəri Prezident İlham Əliyevin tapşırığına əsasən, hər il ölkə əhalisinin tibbi müayinələrə cəlb olunmasını insanların sağlamlığına göstərilən  diqqətin bariz nümunəsi kimi dəyərləndirib.

Bayram tədbirində çıxış edənlər Prezident İlham Əliyevin Astaraya tarixi səfərləri zamanı əsaslı şəkildə yenidən qurulmuş Mərkəzi Xəstəxananın açılışında iştirakını iftixarla xatırlayıb, rayonda səhiyyənin inkişafına göstərdiyi qayğıya görə minnətdarlığını bildiriblər. Mərasimdə bir qrup tibb işçisinə rayon icra hakimiyyətinin fəxri fərmanları verilib.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında