Səbaildə kütləvi müayinə aksiyası davam edir

Prezident İlham Əliyevin tapşırığına yğun olaraq, respublikamızın dövlət tibb müəssisələrində  aparılan əhalinin növbəti kütləvi müayinə və müalicəsi kampaniyası Səbail rayonunda da mütəşəkkil qaydada davam edir. Bununla əlaqədar rayon icra hakimiyyətində komissiya yaradılmış, kollektivlər və ərazilər nəzərə alınmaqla, müayinə tədbirlərinin xususi qrafiklər üzrə aparılması təmin edilmişdir.

Səbail RİH şöbə müdirinin müavini İsrafil Kərimov kampaniyanın təşkili və gedişi ilə bağlı bildirdi ki, ölkə başçısının verdiyi bu tapşırıq, əhalinin sağlamlığının dövlətmiz üçün nə qədər vacib olduğunun əyani göstəricisidir. Ötən müddətdə müvafiq qurumlar da cəlb olunmaqla rayonun yaşayış sahələrində və qəsəbələrində mühüm humanitar aksiya ilə bağlı sakinlər arasında təşkilat- izahat işləri aparılmışdır. Bunun  nəticəsidir ki, kampaniya nəzərdə tutulan ardıcıllıqla və sistemli şəkildə davam etdirilir. Müayinə prosesinin gedişini rayon icra hakimiyyəti gündəlik nəzarətdə saxlayır.

Tibbi müayinənin keyfiyyətlə həyata keçirilməsi məqsədi ilə rayondakı tibb müəssisələri yüksək hazırlıq vəziyyətinə gətirililmiş, xüsusən ərazidəki 4 poliklinikada əhalinin müayinədən maneəsiz keçməsi üçün hər cür şərait yaradılmışdır. Əlavə olaraq, yaşayış sahələrində, idarə və təşkilatlarda müayinələrin keçirilməsi üçün, evdə olan yataq xəstələrinə mənzillərdə zidmət göstərilməsi məqsədi ilə səyyar həkim briqadaları da təşkil olunmuşdur.

İndiyədək rayon üzrə 50 minədək sakinin müayinələrdən keçməsi təmin olunmuşdur. Aksiya dövründə hər hansı bir xəstəliyi aşkarlanmış adamlar ambulator, stasionar müalicəyə cəlb olunmuş və dispanser qeydiyyatına götürülmüşlər. Buvaxtadək 75 xəstə stasionar müalicəyə götürülmüşdür, 18 min nəfərə ambulator müalicə təyin edilmişdır. Poliklinikalarda rayon sakinləri ilə yanaşı, ərazidə məskunlaşmış məcburi köçkünlər də tibbi müayinəyə cəlb olunmuşlar.

2 saylı şəhər poliklinikasının baş həkiminin müavini Şahin Quliyev isə bildirdi ki, burada yaradılmış səyyar briqadalar qrafik əsasında idarə və təşkilatlarda, məktəblərdə müayinələr aparır, həmçinin yaşlı və xəstə insanlara evlərində xidmət göstərirlər. Aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təşkil edilir.

Səbail sakinləri isə ölkə başçısının nəcib təşəbbüsünü böyük minnətdarlıqla qeyd etdilər, ərazidəki tibb müəssisələrinin xidmətindən razılıqlarını  bildirdilər.

R. TAHİR,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında