Azərbaycan ilə İtaliya arasında səhiyyə və tibb elmləri sahəsində anlaşma memorandumu imzalanmışdır

Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyada səfərdədir.
Azərbaycanın İtaliyadakı səfirliyindən verilən məlumata görə, səfər çərçivəsində nazir italiyalı həmkarı Ferruçio Fazio ilə görüşmüşdür. Azərbaycan Milli Onkologiya Mərkəzinin baş direktoru, Prezident yanında Xüsusi Tibb Xidmətinin rəisi, akademik Cəmil Əliyevin də iştirak etdiyi görüşdə səhiyyə və tibb elmləri sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilmişdir.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İtaliya Respublikasının Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmləri sahəsində anlaşma memorandumu imzalanmışdır.
Noyabrın 12-də Oqtay Şirəliyev İtaliyanın onkologiya sahəsində aparıcı mərkəz olan Regina Elena İnstitutunun fəaliyyəti ilə tanış olmuşdur.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında