Lənkəranda daha bir kənd tibb məntəqəsi açıldı

Regionların sosial inkişafı bölgələrimizin ən ucqar yaşayış məntəqələrinə qədər gedib çıxır. Lənkəran  şəhərindən 35 kilometr aralıda yerləşən dağlıq Günəhir kəndində yeni tibb məntəqəsinin istifadəyə verilməsi bu fikri bir daha təsdiqləyir.

Yeni tibb məntəqəsinin açılış mərasimində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, yerli icra strukturlarının nümayəndələri və kənd sakinləri iştirak ediblər. Ərazi vahidliyi üzrə icra nümayəndəsi Rüstəm Cəfərov dövlətimizin başçısı cənab İlham Əliyevə dağlıq ərazilərdə yaşayan insanlara göstərdiyi diqqətə görə sakinlər adından dərin minnətdarlıq duyğularını ifadə edib.   

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov öz çıxışında bildirib ki, ulu öndər Heydər Əliyev kursunun layiqli davamçısı olan respublika Prezidentinin diqqət və qayğısı sayəsində bu gün ölkəmizin hər yerində regionların sosial-iqtisadi inkişafı  Dövlət Proqramı çərçivəsində geniş tikinti-abadlıq-quruculuq işləri aparılır, yollar çəkilir, parklar salınır, yeni məktəblər, xəstəxanalar, ictimai binalar tikilir.

Rayonun bütün yaşayış məntəqələrində sosial problemlərin həlli üçün dövlət tərəfindən müvafiq tədbirlərin görüldüyünü  diqqətə çatdıran T.Qaraşov yeni tibb məntəqəsinin istifadəyə verilməsi münasibətilə Günəhir sakinlərinə təbriklərini çatdırıb.

Tədbirdə bildirilib ki, daxili imkanlar hesabına inşa olunmuş 3 otaqdan ibarət tibb məntəqəsində ultrasəs müayinə aparatı və digər lazımi avadanlıqlar quraşdırılıb.

Kənd ağsaqqalları sosial problemlərinin həllinə göstərilən köməkdən razılıqlarını bildiriblər.

Sonra rəmzi lent kəsilib və ictimaiyyət nümayəndələrinin iştirakı ilə tibb məntəqəsinə baxış keçirilib.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında